Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Ramzan Kadyrovun ərəb gözəlləri


Ramzan Kadyriv tez-tez özünü şou-biznes nümayəndələri ilə əhatələyir.
Ramzan Kadyriv tez-tez özünü şou-biznes nümayəndələri ilə əhatələyir.

Çeçenistan lideri Ramzan Kadyrov tez-tez özünü şou-biznes nümayəndələri ilə əhatələyir və onlara respublikanın xalq artisti adını paylayır. Özü də onun məşhurlarla ünsiyyətə marağı Rusiya ulduzları ilə məhdudlaşmır. Yaxın Şərqdə də belə insanlarla dostlaşmağa çalışdığı bildirilir.

2009-cu ilin oktyabrında livanlı müğənni və rəqqasə Miriam Fares Qroznıya gəlib. O, burada respublika rəhbərinin doğum günü gecəsində çıxış edib. Pop ulduz sonradan danışıb ki, Çeçenistanda, az qala, Kadyrova ərə gedəcəkmiş.

Buna da bax:​ 'Ayatollah Putin' və Çeçenistan müftisinə brilyant hədiyyə

“GÜLMƏLİ VƏ KƏDƏRLİDİR”

"Orada çox böyük publika var idi. O mənə yaxınlaşdı. O, ərəbcə danışa bilmir, ancaq mənə müraciət etmək üçün bir-iki söz öyrənmişdi. Ədəbi ərəb dilində mənə dedi: "Sən çox gözəlsən". Mən də cavabında "çox sağ olun" dedim. Sonra tərcüməçi ingiliscə mənə başa saldı ki, Çeçenistan rəhbəri mənə evlənmə təklifi edir", – həmin vaxt 26 yaşı olan livanlı xristian müğənni deyir.

Xanımın sözlərinə görə, o bunu zarafat kimi qəbul edib və gülüb: "Ancaq təəssüf ki, bu, sadəcə, gülməli deyil, həm də kədərlidir. Çünki orada çoxlu jurnalist vardı".

"33 yaşlı Ramzan Kadyrov evli və uşaqlı olmasına baxmayaraq, mənə evlilik təklif etdi. O mənə izah etdi ki, müsəlman olduğuna görə, bir dəfə də evlənə bilər. Ancaq mən onun təklifini rədd etdim", – Fares başqa bir müsahibəsində deyib.

Buna da bax:​ Kadyrov-la 'Rosneft' qarşıdurması bitmək bilmir

Rula Saad
Rula Saad

Livan gözəli sonradan Livan əsilli Amerika biznesmeni Danny Mitri ilə münasibət qurub. Onlar 2014-cü ildə evləniblər.

Bu hadisə Rusiya mətbuatında işıqlandırılmasa da, ərəb mətbuatının diqqətini cəlb edib.

“OLSA, DƏRHAL EVLƏNƏCƏYƏM”

Bundan iki il keçmiş ərəb qəzetləri yazırdı: "Miriam Faresdən sonra Rula Saad Çeçenistanda!" Bu dəfə Kadyrov-un doğum günündə oxumağa Faresin həmvətəni Rula Saad gəlmişdi.

Buna da bax:​ Müğənni Timati Kadyrov-un şəxsi təyyarəsindəki fotolarını silib

Qəzetlər yazırdı ki, 33 yaşlı Saad, Kadyrov üçün özünün ən gözəl mahnılarını oxuyub, bununla da hər şey bitib.

O vaxta qədər Kadyrov növbəti dəfə evlənmək planını açıq bildirmişdi. "İndi mən qəşəng bir qız axtarıram, ancaq tapa bilmirəm. Olsa, dərhal evlənəcəyəm. Mən həmişə özümə layiq qız axtarmışam", – deyə o 2011-ci ilin fevralında "Komsomolskaya pravda" qəzetinə müsahibəsində bildirmişdi.

Maysah Maghribi
Maysah Maghribi

2014-cü ilin oktyabrında isə Çeçenistana özəl təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərindən iki gözəl gətiriblər. Onlardan biri dünya səviyyəli suriyalı geyim dizayneri Huveida Baridi, digəri isə Mərakəş əsilli aktrisa Maisa Magribi olub. Qroznıya gələn zaman yolda onları Çeçenistanın Rusiya prezidenti yanında səlahiyyətli nümayəndəsi Ziyad Sabsabi müşayiət edib.

Buna da bax: Kadyrovun qızı Ayşatın qadın paltarlarından ibarət ilk kolleksiyası

KADDAFİYLƏ MÜQAYİSƏ EDİRLƏR

Mərkəzi Dubayda yerləşən MBC.net telekanalının məlumatına görə, Kadyrov əvvəlcə öz xanımı Medni ilə Qafqaz rəqsi (lezginka) edib, sonra isə Magribi ilə oynamaq qərarına gəlib. Aktrisa rəqsdən imtina etməyib.

Kadyrov-un Magribi ilə rəqsi ərəbdilli mətbuatda qızğın müzakirə olunsa da, qəzetlərin heç birində foto və videolar təqdim edilməyib.

Buna da bax:​ Qoçu Ramzan

Ərəb mətbuatında Ramzan Kadyrov-u öldürülmüş Liviya lideri Muammar Kaddafi ilə müqayisə edənlər də olub. Bu onun qeyri-adi, bəzən gülməli davranışı, xüsusən də şou-biznes təmsilçiləriylə ünsiyyəti ilə bağlıdır. Misirin "Mubtada" nəşri yazır ki, çeçen lideri "tez-tez dünyanın məşhur adamlarının əhatəsində görünür. Onların arasında hətta boksçu Mike Tyson və aktyor Van Damme da var. Onun rəqs edərkən çəkilmiş çoxlu şəkilləri yayılır, o, pələngi ram edib, futbol oynayır, Miriam Faresə evlənmə təklifi edib, İnstagram-ı sevir, özünün yeni itini tapmaq üçün əhalini səfərbər edib, ABŞ-ın keçmiş prezidenti Barak Obamaya Çeçenistana gəlməyi qadağan edib".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG