Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Qoçu Ramzan


Kadyrov Ramzan
Kadyrov Ramzan

Ramzan Kadyrov yenə "işığın savaşçısı" roluna girərək, “Instagram”da guya onun adından yararlanıb, insanlardan Akhmat Kadyrov fonduna pul qoparmağa çalışan fırıldaqçıları ifşa edib.

Ancaq “niyə Çeçenistan rəhbərinin obrazından qorxu yaratmaq üçün istifadə olunur” sualının cavabı hələ bilinmir.

Buna da bax:​ Çeçenistan parlamentinin spikeri: 'Qapın bunları!'

Çeçenistan lideri bu yaxınlarda onun səsini yamsılayıb telefonla surqutlu biznesmen Zubair Zaynadievdən pul istəyən iki fırıldaqçının ifşa edildiyini “Instagram”da bildirib: “O dedi ki, kimsə mənim adımdan zəng vuraraq, ondan maşınını və pulunu Rusiya qəhrəmanı Akhmat-Haji Kadyrov adına regional ictimai fonda verməsini tələb edib... Nə özüm, nə də fondun nümayəndələri heç vaxt heç kimdən pul istəməmişik”.

"Parodiyaçı”ların Çeçenistanın Qudermes rayonunun sakinləri Zelimkhan Khasimikov və Said Gerimsultanov olduğu üzə çıxıb.

Buna da bax: Kadyrov ordusuz qalıb

İlk hal deyil

Kadyrovun sözlərinə görə, həmin şəxslər Qroznıya gətirildikləri zaman hər şeyi danaraq, sadəcə, zarafat etdiklərini deyiblər. “Rossiya-24” kanalı bildirir ki, bu, fırıldaqçıların özlərini Çeçenistan rəhbəri kimi tanıtdığı ilk hal deyil. Daha öncə cavan kişilərdən ibarət bütöv bir qrup saxlanmışdı. Onlardan biri Kadyrovun səsini yamsılayaraq, Çeçenistan hökumətinin bir nazirindən külli miqdarda pul almağa və öz havadarını işə düzəltməyə çalışmışdı.

Çeçen lideri Rusiyada ən çox tanınan məmurlardan biridir. Dünyada milyonlarla insan onun səhərlər nə yediyini, neçə dəfə "jim" etdiyini, Tina Kandelaki ilə nə dərəcədə yaxın olduğunu, hansı zooparkı saxladığını bilir. Bundan başqa hamı “Akhmat Kadyrov Fondu”ndan və respublikadakı büdcə təşkilatlarında çalışanların öz gəlirlərindən həmin fonda təxminən 10 faiz köçürməli olduğundan xəbərdardır. Hətta “Google”da «Фонд Кадырова» (Kadyrov Fondu – red.) yazıb axtarış verilsə, avtomatik "yığımlar" sözü çıxacaq.

Buna da bax:​ Erməni aktyor Ramzan Kadırovu belə parodiya etdi- [Video]

Media hay-küy salsa da...

Maraqlıdır ki, media səs-küy salsa da, xeyriyyə təşkilatı hələ də öz nizamnaməsini və maliyyə hesabatlarını ictimaiyyətə açıqlamayıb. Bu, mövcud qanunvericiliyə ziddir.

Kadyrovun tünd xasiyyəti dillər əzbəridir. Hədə-qorxu, çılğın hoqqa və təhqirlər onun adi davranışıdır.

Təsadüfi deyil ki, cinayət aləminin nümayəndələri onun belə davranış və məcburi yığımlarından "biznes-plan" kimi yararlanmaq qərarına gəliblər. Üstəlik, Kadyrov-u yamsılamaqdan ötrü peşəkar aktyor olmaq da vacib deyil.

Di gəl, jurnalist Yuliya Latynina belə insidentlərə çox da önəm verməməyə çağırır. Axı Anna Politkovskaya, Boris Nemtsov və başqalarının qətlləri fonunda həmin insidentlər, ən azı, ciddi görünmür.

Buna da bax: Qafqazda atəş səsləri kəsilmir…Yəni toy məclislərində…

“Balıq başdan iylənər”

“Balıq başdan iylənər və Kremldə it yiyəsini tanımırsa, o zaman başqa şey gözləməyə dəyməz”, - Latyninanın sözləridir.

“Memorial” İnsan Hüquqları Mərkəzinin nümayəndəsi Aleksandr Cherkasov düşünür ki, Kadyrov özünün "qaba adam" obrazının əsirinə çevrilib:

“Hər şeyə şəxsən müdaxilə edən, bütün məsələləri özü çözən “brutal maço” (“qaba kişi” – red.) imici belə telefon zənglərinə inandırıcı edir”.

Buna da bax:​ Ramzan Kadırov Erdoğandan “qaçaq çeçenləri” istəyir

“S Tallina zvonyat”

Cherkasov 60 il öncə baş vermiş bir əhvalatı xatırladıb. Bolqarıstanda Estoniyadan olan müxbirin telefon zənginə, az qala, ayaq üstə cavab veriblərmiş. Axı zəng "Vam s Tallina zvonyat" cümləsi ilə başlayırmış (“s Tallina”nın səslənişi Stalinin adına bənzəyir. Rusca cümlənin tərcüməsi isə belədir: “Sizə Tallindən zəng edirlər” – red.).

Cherkasovun sözlərinə görə, reputasiya elə bir şeydir ki, onu yox etmək olmur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG