Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:50

Kadyrov-la 'Rosneft' qarşıdurması bitmək bilmir


Ramzan Kadyrov, 1 Dekabr, 2016
Ramzan Kadyrov, 1 Dekabr, 2016

2015-ci ilin sonlarında Rusiya Prezidenti Vladimir Putin, nəhayət ki, "Chechenneftekhimprom" birləşmiş səhmdar şirkətini Çeçenistanın idarəçiliyinə verdi. Putin bu addımı Çeçenistan respublikasının rəhbəri Ramzan Kadyrov-un xahişlərini nəzərə alaraq atdı. Bu şirkət ölkənin neft sektoru infrastrukturuna, o cümlədən neft quyuları və iki neft emalı müəssisəsinə nəzarət edir.

SƏHMLƏRİN 50%-NİN HÖKUMƏTƏ SATILMASI SÖHBƏTİ VARDI

Ancaq şirkətin rəsmi ötürülməsi ertələndi. Buna səbəb çeçen rəsmiləri ilə Rusiyanın dövlət əmlak agentliyi – “Rosgosimuşestvo” və Rusiyanın dövlət neft şirkəti “Rosneft”lə müqaviləyə ehtiyacın yaranması idi.

Buna da bax:​ Məhkəmə keşmiş nazirin əmlakını müsadirə elədi

"Rosneft"in baş qərargahı
"Rosneft"in baş qərargahı

Fevralın sonlarında Rusiyanın gündəlik "Kommersant" qəzeti yazırdı ki, Rusiya hökuməti "Chechenneftekhimprom"un sabit aktivlərinin Çeçenistana ötürülməsi üzrə “Rosneft”in birgə təklifini təsdiqləmək üzərində işləyir. Təklifin ikinci hissəsi, "Rosneft"ə məxsus "Grozneftegaz"ın səhmlərinin 51 faizinin çeçen hökumətinə satılmasından ibarət idi. "Grozneftegaz" "Chechenneftekhimprom"un müəssisələrindən bəzilərini, habelə "Rosneft"in Çeçenistandakı bəzi başqa aktivlərini icarəyə götürür.

"Chechenneftekhimprom"un müəssisələrindən istifadə etməsə, "Grozneftegaz"ın əməliyyatları davam etdirməklə bağlı problemləri meydana çıxa bilər. Şirkət hazırda ilə 300 min ton xam neft hasil edir.

Buna da bax: 'Rosneft'in bir hissəsi İsveçrə və Qətərə satıldı

“YÜKSƏK” VƏ “GÜLMƏLİ” QİYMƏT

Ancaq ötən həftə "Rossiya - 24" kanalına müsahibə verən Ramzan Kadyrov "Rosneft"in bunun əvəzində tələb etdiyi 12,5 milyard rublu (222,2 milyon dollar) “çox yüksək” və “gülməli” qiymət adlandırıb. "Rosneft" bu məbləği "PricewaterhouseCoopers" maliyyə və audit şirkətinə sifariş etdiyi müstəqil dəyərləndirmənin nəticələrinə əsasən ortaya çıxarıb.

"Rosneft"in Çeçenistandakı aktivlərinin bazar qiyməti 11,8 milyard rubldur. Əlavə 725 milyon rubl isə, görünür, Qroznıda neft emalı müəssisəsinin tikinti xərcləri üçün nəzərdə tutulub. Bu zavodun ildə 1 milyon ton neft emal etmək gücündə olacağı planlaşdırılır. Layihə üzrə razılaşma hələ 2010-cu ildə əldə olunsa da, bu sahədə heç bir iş görülməyib. Şimali Qafqaz üzrə federal nazir Lev Kuznetsov ötən ilin sonlarında jurnalistlərə deyib ki, bu müqavilə dərhal kənara qoyulub. Nazir qeyd edib ki, həmin layihə maliyyə baxımından həyat qabiliyyətli deyil. O, səbəb kimi hazırkı xam neft qiymətlərini və Çeçenistanda hasil olunan neftin həcminin azlığını göstərib.

Buna da bax:​ Suriyadakı çeçen batalyonunu xüsusi təlimatçılar hazırlayıb

Sözügedən televiziya müsahibəsində Kadyrov həmçinin "Rosneft"in həmin neft emalı zavodunu tikməklə bağlı vədinə xilaf çıxmasından da təəssüfləndiyini deyib. Ancaq o, "Rosneft"ə aid alternativ layihə barədə heç bir söz deməyib.

BİTUM ZAVODU TİKMƏK TƏKLİFİ VAR

Martın 20-də rbc.ru saytı xəbər vermişdi ki, Çeçenistanda kəskin ehtiyac duyulan yeni iş yerləri yaratmaq və respublikanın vergi potensialını gücləndirməkdən ötrü "Rosneft" Qroznıda planlaşdırılan neft emalı zavodunun yerində bitum zavodu tikməyi təklif edib.

Rusiya energetika nazirinin müavini Kirill Molodtsov-un bu təklifi təsdiqlədiyi bildirilir. Ancaq sayt iki maliyyə təhlilçisinə istinadən yazıb ki, bu zavodun da rentabelli olması real deyil. Təhlilçilər Çeçenistanda magistral yolların çəkilməsi üçün bitum məhsullarına tələbatın azlığını nəzərə alaraq hesab edirlər ki, bu məhsulların Rusiya Federasiyasının başqa yerlərindən satın alınaraq nəqli daha ucuz başa gələr.

Buna da bax:​ Kadyrov sonuncu Buxara əmirinin taleyini yaşayacaqmı?

2015-ci ildə "Rosneft" özünün səkkiz zavodunda 1,7 milyon tondan çox bitum istehsal edib. Bu isə bu sahədə ümumi daxili istehsalın 1/3-i deməkdir.

Martın sonlarında keçirilmiş hərracda "Rosneft" və "Chechenneftekhimprom"un hər biri Çeçenistandakı iki neft yatağından neft çıxarmaq hüququ qazanıb. Xəbəri "Qafqaz qovşağı" saytı yayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG