Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:43

Çeçenistandan Suriyaya göndərilən hərbi polis batalyonunun hərbçilərini Rusiya xüsusi təyinatlı qüvvələrinin elit bölmələrində xidmət etmiş (“Alfa”, “Vımpel” və “Baş kəşfiyyat idarəsi”) hərbi təlimatçılar hazırlayıb.

Bu barədə RBK Çeçenistan liderinin köməkçisi Daniil Martynova istinadla xəbər verib.

Onun sözlərinə görə, əsasən çeçenlərdən ibarət olan batalyonun Suriyaya göndərilməsi Müdafiə nazirliyinin ideyasıdır.

Məlumatlara görə, bu batalyon “qaynar nöqtələrdə” xidmət eləmiş peşəkar hərbçilərdən təşkil edilib.

Martynov batalyonun istənilən vaxt Hələbdən, məsələn Palmiraya atılmasının mümkünlüyünü istisna etməyib.

Buna görə də o, batalyonun Suriyadan nə vaxt dönəcəyi barədə məlumat verməkdən imtina edib.

Amma RBK-nın Müdafiə nazirliyinə istinadla verdiyi məlumata görə, batalyon martın 17-də geri dönməlidir.

Çeçenistanın xüsusi təyinatlı qüvvələrindən təşkil edilmiş iki batalyonun Suriyaya göndərilməsi barədə ilk məlumat ötən il dekabrın əvvəllərində peyda olmuşdu.

Bu barədə Müdafiə nazirliyinə istinadla “İzvestiya” və “Kommersant” qəzetləri məlumat yaymışdı.

Çeçenistan hakimiyyəti öncə bu məlumatı təkzib eləsə də Respublika lideri Ramzan Kadyrov yanvarın sonlarında Suriyadakı bu s batalyonda çeçenlərin xidmət etdiyini təsdiqlədi.

Rusiya Suriyada hərbi kampaniyaya 2015-ci il sentyabrın 30-dan başlayıb.

Moskva Rusiya hərbçilərinin Suriyadakı quru əməliyyatlarında iştirakını dəfələrlə inkar edib.

Qeyd edək ki, Rusiya Suriya müharibəsində prezident Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə üsyançıların tərəfini saxlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG