Putinin saraydaxili çevriliş qorxusu: 'Yaxın ətrafına belə etibar etmir'
Sosioloji sorğular Vladimir Putinin reytinqinin düşdüyünü göstərir, Rusiya mediası prezidentin mövqeyinin sarsıldığını yazır, xarici kəşfiyyat isə onun saraydaxili çevrilişdən qorxaraq ciddi tədbirlər gördüyünü bildirir. CNN-in məlumatına görə, Kreml Putinin şəxsi təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib və onun ən yaxın adamlarının evlərində nəzarət sistemləri quraşdırıb. Prezidentlə birbaşa işləyən aşpazlara, cangüdənlərə və fotoqraflara ictimai nəqliyyatdan istifadə etmək qadağan olunub. Onun ətrafındakı şəxslər isə yalnız internetə çıxışı olmayan telefonlardan istifadə edə bilərlər. Məlumatda həmçinin qeyd olunub ki, Rusiya təhlükəsizlik rəsmiləri Putinin müntəzəm olaraq getdiyi yerlərin sayını kəskin şəkildə azaldıblar.
Arxiv
-
Oktyabr 22, 2026Rusiya 300 min əsgər yığır: azərbaycanlıların qapısını da döyəcək?
-
Oktyabr 17, 2026Türkiyəni hicab narahat edir, həbslər yox — niyə?
-
Oktyabr 02, 2026Xalqın müvəkkili xalqdan 30 dəfə çox maaş almalıdırmı?
-
Oktyabr 01, 2026BMT-dəki 'Zal' böhranı: Bakı və Ankara bir-birindən nə istəyir?
-
Sentyabr 25, 2026Ermənistan 'sahibsiz qalacaq'? – Putin 'sabah belə gedərik' dedi