Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 11:21

'Rosneft'in bir hissəsi İsveçrə və Qətərə satıldı


Rosneft

Kreml Rusiyanın nəhəng dövlət şirkəti «Rosneft»in 19.5%-nin özəlləşdirilməsi prosesinin başa çatdığını elan edib. Səhmlərin bir hissəsi İsveçrənin «Glencore», bir hissəsi isə Qətər Suveren Fonduna satılıb. Anlaşmanın dəyəri 11 milyard dollara yaxındır.

«Rosneft»in baş direktoru Igor Sechin səhmlərin xarici şirkətlər arasında bərabər bölündüyünü söyləyib. Prezident Vladimir Putin-lə görüşdən sonra I.Sechin deyib ki, ölkə başçısı razılaşmanı qlobal enerji bazarının 2016-cı ildə ən böyük anlaşması adlandırıb.

Neftin ucuzlaşması nəticəsində yaranan böhran Rusiya hökumətini bəzi dövlət qurumlarını özəlləşdirməyə vadar edib.

XS
SM
MD
LG