Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Kadyrov sonuncu Buxara əmirinin taleyini yaşayacaqmı?


Buxaranın Manqıt sülaləsinin sonuncu xanı Seyid Alim xan
Buxaranın Manqıt sülaləsinin sonuncu xanı Seyid Alim xan

Ötən həftə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) "Qafqaz və Orta Asiya: imperiya və sovet dövrlərində müstəmləkəçilik amili" mövzusunda dinləmələr keçirilib.

BƏNZƏR SXEM

Adı belə ekspertlərə cəlbedici olan tədbirin iştirakçıların gözləntilərini doğrultduğu və maraqlı diskussiyalarla zəngin olduğu bildirilir. Əsas məruzəçilərdən biri, peterburqlu tarixçi, etnoloq və antropoloq Sergey Abashin indiki dövrlə tarixi paralellər apararaq qeyd edib ki, xaricdə metropoliyadan asılı olan Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadyrov idarə etdiyi ərazi daxilində tam hakimiyyətə malikdir.

Buna da bax:​ Kadyrov çeçenlərin Suriyada döyüşdüyünü etiraf edib

Abashin deyir ki, Rusiya sonuncu dəfə imperiyası dövründə tabeliyindəki ərazilərdə buna bənzər sxemə əl atıb. Tarixçinin fikrincə, hazırkı Çeçenistan rəhbəri öz səlahiyyətlərinə görə Buxara əmirini xatırladır: "Orta Asiyada Buxara əmirliyi var idi. Oranın Peterburqdan asılı yerli hakimi daxili siyasəti öz qanunları ilə, yerli qanunlarla icra edirdi. Xaricdə metropoliyadan asılı olsa da, idarə etdiyi ərazi daxilində, demək olar ki, tam hakimiyyətə malik idi”.

Söhbət Buxaranın Manqıt sülaləsinin sonuncu xanı Seyid Alim xandan gedir. Onu 1920-ci ildə bolşeviklər devirib.

PARALELLƏR

Qeyd edilir ki, hazırda Çeçenistanda Kadyrov-a yerli dildə "paççax" (yəni "padşah") deyirlər. İmperiya dövründə çeçenlər çarı belə adlandırırmış.

Buna da bax: Çeçenistanda məktəbə hicabla gedə biləcəklər

Ancaq ekspertlər Kadyrov-un Seyid Alim xana bənzəməsi haqda tezisi dəstəkləməyiblər.

Qafqaz üzrə tanınmış mütəxəssis, MGIMO-nun Qafqaz və regional təhlükəsizlik problemləri mərkəzinin əməkdaşı Akhmet Yarlykapov güman edir ki, məruzəçi imperiya (müstəmləkə) dövründə və müasir postkolonial dövrdə idarəçilik yanaşmalarının çevikliyini diqqətə çatdırmaq istəyirmiş. "Şəxsən mən Buxara əmiri ilə Kadyrov arasında paralellər aparmazdım. Həm tarixi kontekstdə, həm də status baxımından çoxlu fərqlər var", – deyə Yarlykapov qeyd edib.

Doğrudan da, Buxara xanının Peterburqdan vassal asılılığı rəsmi Peterburqla Buxara arasında 1873-cü ildə bağlanmış müqavilənin müddəaları ilə tənzimlənirdi. Kadyrovun hərəkətləri isə şəxsən Rusiya Federasiyasının prezidentindən alınmış mandata əsaslanır, federasiyanın qanunları, əmrləri, və sərəncamları ilə müəyyən olunmur.

Buna da bax:​ Qoçu Ramzan

KADYROV HAKİMİYYƏTİ NƏ VAXT İTİRƏCƏK?

Buxara xanlarının hakimiyyəti irsi ötürülürdüsə, Çeçenistanda hər şey Rusiya prezidenti Vladimir Putin-in seçimindən asılı olacaq. Kadyrovun siyasi karyerası tamamilə Kremldə oturan bir nəfərdən ibarətdir. Bu adamın hakimiyyətdən gedəcəyi, yaxud Qroznıya münasibətinin dəyişəcəyi halda, Kadyrov hakimiyyətini itirəcək və tam olaraq şəxsən onun üzərində qurulmuş, diktatura və repressiyalarla ayaqda saxlanan sistem çökəcək.

Müzakirələr göstərib ki, ekspert dairələrində Kremlin Qroznı ilə bağlı anlaşılmaz siyasətini izah etmək üçün Putinin Çeçenistandakı canişininin tarixi şəxsiyyətlərlə müqayisəsi bəzilərinin xoşuna gəlir.

Buna da bax:​ Ramzan Kadırov Erdoğandan “qaçaq çeçenləri” istəyir

Hər kəs anlayır ki, Çeçenistan rəhbəri kimi Kadyrov-a həmkarlarına verilməyən səlahiyyətlər verilib. Ancaq XXI əsrdə müasir Rusiyanın əyalətlərində idarəçilik modelləri yüz il öncə, imperiya dövründə olduğundan fərqlidir.

Qroznıda xanın və xanlığın olub-olmaması qərarını isə Çeçenistanda yox, yalnız Kremldə verirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG