Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Kadyrov çeçenlərin Suriyada döyüşdüyünü etiraf edib


Ramzan Kadyrov

Rusiyanın Çeçenistan regionunun başçısı Ramzan Kadyrov çeçenlərin Suriyada döyüşdüyünü təsdiqləyib. Yanvarın 24-də R.Kadyrov «Instagram» səhifəsində çeçen müftisi Salakh-Hadzhi Mezhiyev-in və dostu, Rusiya parlamentinin üzvü Adam Delimkhanov-un Suriya səfərini başa vurduğunu yazıb. Onların çeçenlərin xidmət etdiyi rus hərbi polis batalyonuna baş çəkdiyini bildirib.

Dekabrda mətbuat Çeçenistanın xüsusi təyinatlı polis dəstələrinin Suriyaya göndərildiyini, oradakı rus hərbi hava bazasını qoruyacağını yazırdı. R.Kadyrov bu xəbərləri təkzib etmişdi.

İndi «Instagram» səhifəsində R.Kadyrov çeçenlərin Hələbdə xidmət etdiyini qeyd edib. O, Çeçenistandan gedən müftinin və deputatın Suriya lideri Bashar əl-Assad-in qardaşı-–hərbi qüvvələrin komandanlarından Maher əl-Assad-lə görüşdüyünü də yazıb.

Rusiya Suriya hökumətinin əsas müttəfiqidir. Vətəndaş müharibəsində üstünlük qazanmaqdan ötrü Moskva Suriya liderinə yardım edib, məhz rusların hərbi hava əməliyyatları nəticəsində qiyamçıların nəzarətdə saxladığı Hələb şəhəri hökumətin əlinə keçib.

XS
SM
MD
LG