Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:02

Abşeron cəbhəçisinin həbs olunduğu deyilir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Vüqar Əbillinin inzibati qaydada həbs cəzası aldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, V.Əbilli aprelin 16-da axşam saatlarında Abşeron Rayon Polis İdarəsinə dəvət edilib: "Amma idarədə onu polisə müqavimətdə ittiham ediblər. Aprelin 17-də isə Abşeron Rayon Məhkəməsi V.Əbillini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilərək, barəsində 20 sutkalıq inzibati həbs qərarı çıxarıb".

Partiyadan qeyd edilənləri əsassız sayırlar. Onların açıqlamasına görə, V.Əbilli siyasi mənsubiyyətinə görə şərlənib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Abşeron Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycan rəsmiləri, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim siyasi mövqeyinə görə təzyiqlərə məruz qalmır.

Məclis sədri cərimə edilib buraxıldığını söyləyir

Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı aprelin 17-də Nərimanov Rayon Polis İdarəsində 100 manat cərimə edildiyini bildirir. Bu barədə R.Manflının özü məlumat verib.

Onun sözlərinə görə, polisə çağrılmasına səbəb statusları olub: "Aydın idi ki, statuslarıma görə çağrılmışdım, amma mənim xüsusi karantin rejimini pozduğumu deyərək, 100 manat cərimə edib buraxdılar".

R.Manaflının bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu nazirlik bundan əvvəl karantin rejimindən məqsədli şəkildə müxalif şəxslərin də cəzalandırılmasından ötrü istifadə edilməsi ilə bağlı səslənən iddiaları yalanlayıb.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda da martın 24-dən aprelin 20-nə kimi karantin rejimi elan edilib. İndi dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Rafiq Manaflı polisə çağrılıb

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflının bugün, aprelin 17-də Nərimanov Rayon Polis İdarəsinə çağırıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna VHP-dən danışıblar.

Partiyadan verilən məlumata görə, R.Manaflının polis idarəsinə çağrılmasının səbəbi bilinmir: "Yaşadığı mənzilə polis nəfərləri gəlib. Özü evdə olmayıb. Zəng ediblər, R.Manaflı da polis idarəsinə gedib".

Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və Nərimanov Rayon Polis İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

XS
SM
MD
LG