Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:47

'İndiyədək məhkəmə təcrübəsində elə hal yoxdur ki, kimsə işinə bərpa edilsin'


Qəfil işini itirsən dövlət səni necə qoruyar?
Gözlə

No media source currently available

0:00 0:16:58 0:00

Qəfil işini itirsən dövlət səni necə qoruyar?

‘Müdiriyyət hər gün çıxıb deyir ki, bizə 2 gün möhlət verin’

Gözləmədiyin, xəbərdar edilmədiyin halda işdən azad edilirsən və ya aylarla işləyib maaş üzünə həsrətsən, məcburən məzuniyyətə yollanırsan. Son bir ildə - iqtisadi problemlərin artdığı bir dövrdə bu cür hallarla rastlaşanların şikayətlərinə daha çox rast gəlinir. Hətta narazı işçilərin, çalışdıqları şirkət qarşısında aksiya keçirdiyi hallar da var.

Məsələn, iki həftə əvvəl - avqustun 29-da “Bakı Körpü Tunel” Açıq Səhmdar Cəmiyyətinin işçiləri bir araya gəlib maaşlarını tələb edirdilər. 8 aydır maaşlarını ala bilməyən işçiləri öz hesablarına, həm də xəbərsiz-ətərsiz məzuniyyətə yollayıblar.

Buna da bax:​ 8 aydır maaşlarını ala bilməyən işçilər pullarını tələb edir

Aylarla maaş almadıqları bəs deyil, öz hesablarına məzuniyyətə də göndərirlər...

38 ildir sözügedən müəssisədə çalışan Əlfağa Mütəllimli: "Səkkiz aydır pulumuzu ala bilmirik. İyulun 21-dən də bizi öz hesabımıza, heç bir xəbərdarlıq etmədən məzuniyyətə yollayıblar. Müdiriyyət də hər gün çıxıb deyir ki, bizə 2 gün möhlət verin".

«Oil and Gas ProServ» MMC-də də çalışan neftçilərin dərdi eynidir. Onlar da 7 aydan çoxdur maaşlarını ala bilmədiklərini deyirlər. Bu cür şikayətçi işçilərə hər dəfə rəhbərlikdən vədlər verilir, maaşların yaxın zamanda ödəniləcəyi deyilir. Amma aylar keçir, vədlər reallaşmır ki reallaşmır.

Qanunlar var, problem onların icrasındadır...

AzadlıqRadiosu-na müraciət edən Zemfira və Rauf Şəfiyevlərsə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən heç bir qanuni əsas olmadan, xəbərdarlıq edilmədən çıxarıldıqlarını iddia edirlər. Lisey rəhbərliyi onların əmək funksiyalarını yerinə yetirmədiklərini səbəb göstərsə də, narazıların işi hazırda məhkəmə baxışındadır. Bu cür nümunələrin sayını artırmaq da olar, bəs dövlət işini qəfil itirən və ya əmək hüquqları digər formada pozulan vətəndaşının hüquqlarını necə qoruyur?

Əmək Məcəlləsində işəgötürənin hansı əsaslar olduğu halda əmək müqaviləsini ləğv edə bilməsi göstərilib. O da var ki, bununla bağlı işçi əvvəlcədən xəbərdar edilməli və işdənçıxarma müavinəti almalıdır.

Buna da bax:​ 7 aydır maaş ala bilməyən neftçilər

Qanunlar var, problem onların icrasındadır

Vəkil: «1992-ci ildən başlayaraq Azərbaycanda dövlət qulluğunda çalışanlar, bu və digər səbəblərdən işdən azad olunanlar məhkəmələrə müraciət etsələr də, indiyədək məhkəmə təcrübəsində elə hal yoxdur ki, kimsə əvvəlki işinə bərpa edilsin».

Qanunlar var, problem onların icrasındadır. Bu fikirdəsə Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışovdur. O iddia edir ki, xüsusən dövlət qulluğunda çalışan işçilərin hüquqları birmənalı olaraq məhkəmələrdə belə qorunmur.

Tam məsuliyyətimlə bildirirəm ki, 1992-ci ildən başlayaraq Azərbaycanda dövlət qulluğunda çalışanlar, bu və digər səbəblərdən işdən azad olunanlar məhkəmələrə müraciət etsələr də, indiyədək məhkəmə təcrübəsində elə hal yoxdur ki, kimsə əvvəlki işinə bərpa edilsin. Məndə olan dəqiq məlumata görə, məhkəmələrə göstəriş verilib ki, bu cür işçilərin işə bərpası üçün kifayət qədər əsaslar olsa belə onların işə qəbulu ilə bağlı qətnamə qəbul edilməsin. Bu birmənalı olaraq belədir.

«Hətta məhkəmələr bəzən qeyri-dövlət qulluğunda çalışanların xeyrinə qətnamələr çıxarsa belə, bu qətnamələrin icrasında da problem yaşanır».

Müzəffər Baxışovun dediyinə görə, hətta məhkəmələr bəzən qeyri-dövlət qulluğunda çalışanların xeyrinə qətnamələr çıxarsa belə, bu qətnamələrin icrasında da problem yaşanır. Dövlətsə vətəndaşın əmək hüquqlarının müdafiəsi ilə bağlı heç bir əməli iş görmür.

Buna da bax:​ 'Konstitusiyaya yeni dəyişikliklər çox mürtəcedir'

Beynəlxalq təcrübədə qəbul olunmuş qaydalara görə dövlət hüquqi şəxsi qeydiyyatdan keçiribsə, onun fəaliyyəti üçün təminat veribsə, sosial dövlətlərdə hər bir halda dövlət əməkçilərin pozulmuş hüquqlarının təmin edilməsi üçün tədbirlər görməlidir. xüsusi fondlar yaratmalıdır və ya bu hüquqi şəxslər tərəfindən insanlara dəymiş ziyanın ödənilməsini dövlət öz üzərinə götürməlidir. bunu həmin hüquqi şəxslərdən də tələb etməlidir. amma Azərbaycanda belə bir təcrübə mövcud deyil və nəticədə istər dövlət qulluğunda, istərsə də qeyri-dövlət qulluğunda çalışanların əmək hüquqlarının pozulması ilə bağlı ciddi risklər var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG