Keçid linkləri

2025, 19 Yanvar, bazar, Bakı vaxtı 05:27

Ən gəlirli filmlərin qadın rejissorlarının sayı azalıb


"Ötən il Xloya Çjao "Nomadland"i çəkdiyi üçün "Oskar" qazansa da...".
"Ötən il Xloya Çjao "Nomadland"i çəkdiyi üçün "Oskar" qazansa da...".

2020-ci ildə ən çox kassa gəliri əldə edən filmlərdə qadınların iştirakı rekord yüksək həddə çatdı. 2021-ci ildə isə film çəkən qadınlar arasında cüzi azalma qeydə alındı. Indiewire saytı bu məlumatı televiziya və kinoda qadınların öyrənilməsi mərkəzinə istinadən dərc edib.

Azalma

Yazıda deyilir ki, 2021-ci ildə 100 ən gəlirli filmin cəmi 12 faizinin rejissoru qadınlar olub. Bu isə 2020-ci ilə nəzərən 16 faiz azalma deməkdir. 2021-ci ildə 250 ən gəlirli filmin 17 faizinin rejissoru qadınlar olubmuş. Bu isə 2020-ci ildəkinə nisbətən 18 faiz daha az deməkdir. Araşdırma göstərib ki, 2021-ci ildə çəkilən filmlərin 80 faizdən çoxu kişi rejissorlar tərəfindən çəkilib.

Ancaq 2021-ci ildə qadınların səhnəarxası işlərdə iştirak səviyyəsinin artdığı bildirilir. Bura isə təkcə rejissorluq deyil, ssenari müəllifliyi, redaktə, montaj və operator işi də daxildir. 2021-ci ildə bu göstərici 25 faiz təşkil edib. Bu isə 2020-ci ildəkindən 23 faiz daha çox iştirak deməkdir. Araşdırmaya görə, bu, həm də daha çox qadının filmlərin icraçı prodüserliyini öhdəsinə götürməsi deməkdir.

80 faizdən çoxu

"Görüntülər aldadıcı ola bilər. Ötən il Xloya Çjao "Nomadland"i çəkdiyi üçün "Oskar" qazansa da, Ceyn Kempion isə bu il "The Power of the Dog" filmi ilə mükafata əsas namizədlərdən biri olsa da, əslində 2021-ci ildə film çəkən qadınların faiz nisbəti aşağı düşüb. Anlayışlarımızı cəmi bir neçə yüksək profilli qadının uğuru əsasında qurmağımız bizi qadınların iş bazarındakı yeri haqda qeyri-dəqiq nəticələrə yönləndirə bilər. Bu il çəkilən filmlərin 80 faizindən çoxunun rejissor kürsüsündə qadınlar olmayıb", – San-Dieqo Mərkəzinin təsisçisi və direktoru Marta Lauzen sayta müsahibəsində deyib.

Rəqəmlər bir-birinə zidd ola bilər. Ancaq sayt həm də rəqəmlərin dəqiq bölgüsünü dərc edib: 2021-ci ildə ssenari müəlliflərinin 17 faizi qadınlar olub. Bu rəqəm 2020-ci ilin rəqəmləri ilə eynidir. 2021-ci ildə icraçı prodüserlərin 26 faizi qadın olub ki, bu da 2020-ci ildəki 21 faizdən daha yüksəkdir. Prodüserlərin 32 faizi qadın olub. 2020-ci ildə bu göstərici 30 faiz olub. Redaktorların 22 faizi, operatorlarınsa 6 faizi qadınlar olub. Hər iki göstərici 2020-ci ilin faizlərindən fərqlənməyib.

Evdə baxılanlar

Builki araşdırma, eyni zamanda, qadınların Rəqəmsal Əyləncə Qrupunun "Evdə baxılan" siyahısına düşmüş filmlərdə işini də araşdırıb. Araşdırma 2021-ci ilin yanvarından dekabrınadək olan dövrü əhatə edib. Siyahıdakı filmlərin çoxunda qadınların iştirak faizi kassa gəlirləri yüksək olan filmlərdəkindən bir qədər aşağıdır. Ancaq rəqəmsal satış və prokatları, DVD, blu-rey disklərdən ibarət həmin siyahıya "Premium VOD", yaxud "Netflix", "Amazon Prime" və "Disney Plus" kimi xidmətlərdə ən çox strim olunan filmlər daxil deyil. "Netflix" filmlərin striminqdən öncə məhdud sayda kinoteatrlarda nümayişlərinin saylarını dərc etmir.

Kempionun "Power of the Dog", Meqqi Cillenholun "The Lost Daughter", Helli Berrinin "Bruised" və Rebekka Hollun "Passing" (sonuncu rejissorluq debütüdür) filmləri evdə ən çox baxılanlar arasındadır.

XS
SM
MD
LG