Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Putin Rusiyasında nələri etmək olar, nələri olmaz?


Çuvaşiyada məhkəmə zalında. Yelena Blinova, Pavel Romanov, Vasily Osipov, Vyacheslav Rybakov. 1iyun2017
Çuvaşiyada məhkəmə zalında. Yelena Blinova, Pavel Romanov, Vasily Osipov, Vyacheslav Rybakov. 1iyun2017

Moskva Məhkəməsi şəhərin Ukrayna kitabxanasının keçmiş müdiri Natalya Sharina-ya dörd illik həbs cəzası kəsib. Kitabxananın kolleksiyasındakı bəzi kitablar "ekstremist" hesab edilərək yasaqlandığından Sharina "etnik nifrət yaymaqda" ittiham edilir.

Putin Rusiyasındakı səthi qanunlar təzyiq vasitəsi kimi ekstremizmi yaymaq, və ya "dindarların hisslərini təhqir etmək" kimi ittihamlar irəli sürməyə imkan verir.

Son zamanlar rusiyalılar hansı hərəkətlərinə görə polis və məhkəmə ilə üz-üzə gəlirlər?

Buna da bax:​ Putinə sui-qəsddə suçlanana Kiyevdə silahlı hücum olub, amma...

Natalya Sharina. 5 iyun, 2017
Natalya Sharina. 5 iyun, 2017

Putinə məktub yazmaq

23 yaşlı Darya Kulakova Putini dördüncü müddətə prezident olmaq fikrindən daşınmağa çağırmaq məqsədilə təşkil etdiyi məktubyazma kampaniyasına görə həbs cəzası alıb. Mayın 9-da onun 10 günlük həbs müddəti başa çatıb. Darya məktubları Putinin Tatarıstanın paytaxtı Kazan şəhərindəki nümayəndəsinin ofisinə çatdırmağa çalışarkən ona polisin əmrinə müqavimət ittihamı irəli sürülüb.

Buna da bax: Putin: 'Narahat olmayın, xoşbəxt olun!'

Darya Kulakova
Darya Kulakova

Pasxa yumurtalarını boyamaq

Apreldə Çuvaşiya respublikasında məhkəmə keçmiş bağça müəlliməsi Yelena Blinovanı 20 min rubl (350 dollar) cərimələyib. Buna səbəb onun tanınmış bloqqer və müxalifət fəalı Vyacheslav Maltsevi dəstəkləmək üçün Pasxa yumurtalarının üzərinə "Maltsevə azadlıq" şüarı yazması olub. Maltsev martda Moskvada polis əməkdaşına hücumda ittiham olunaraq saxlanılıb.

İyunun 1-də Çuvaşiyanın Ali Məhkəməsi cəriməni 10 min rubla endirib, ancaq Blinovanın qeyri-qanuni nümayişə qatılmaqda təqsirli olduğunu təsdiqləyib.

Blinova ictimai parkın bir guşəsində yumurta boyamaqla heç bir qanunu pozmadığını deyib. Ancaq məhkəmə bununla razılaşmayıb. Blinova ilə birlikdə yumurta boyayan digər 11 etirazçıya da ittihamlar irəli sürülür.

Buna da bax:​ Ateist teleaparıcı prezidentdən soruşdu: 'Buna görə adamı tuturlar?'

Şeir yazmaq

2015-ci ildə Oryoldan olan müəllim Aleksandr Byvshev "Ukrayna vətənpərvərlərinə" adlı şeirinə görə "etnik nifrət yaratmaqda" ittiham edilib. O, dərs dediyi məktəbdən çıxarılıb və ona 300 saat icbari iş cəzası verilib.

Alexander Byvshev, 13iyul2015
Alexander Byvshev, 13iyul2015

Uşaqlara qarşı zorakılıqla mübarizə

Bağça müəlliməsi Yevgenia Chudnovets 2016-cı ilin noyabrında beş aylıq həbs cəzasına məhkum olunub. Səbəb onun uşağın döyülməsini əks etdirən videonu repost etməsi (kiminsə artıq yerləşdirdiyi videonu paylaşması) olub.

Həmin videonun paylaşılması sayəsində polis iki nəfəri yaxalaya bilib. Onlara üç və altı illik həbs cəzası verilib.

Buna da bax: Rusiyada indi də 'kiberdrujinalar' yaradılır

Yevgenia Chudnovets
Yevgenia Chudnovets

“Pokemon Go” oynamaq

Yekaterinburqlu bloqqer Ruslan Sokolovsky may ayında kilsədə "Pokemon Go" oyunu oynadığına görə "nifrət yaymaq" və "dindarların hisslərini təhqir etməkdə" təqsirli bilinib. Ona 3 il yarımlıq şərti cəza kəsilib.

Dindarların hisslərinin təhqirinə dair 2013-cü ildə qəbul edilmiş ziddiyyətli qanun 2015-ci ildə Stavropolda başlanmış məhkəmə işinin də əsasını təşkil edib. Viktor Krasnov adlı şəxs VKontakte sosial şəbəkəsində müzakirə zamanı "Allah yoxdur" sözlərini yazdığına görə təqsirli bilinərək bir ay psixiatrik xəstəxanada saxlanılıb. Məhkəmə onun müayinə olunmasını tələb edib. İş məhkəməyə çatanda hisslərinin təhqir olunduğu iddia edilən şəxslərdən heç biri dinləməyə gəlməyib. Nəhayət 2017-ci ildə işə xitam verilib.

Buna da bax:​ Kilsədə pokemon tutan rus bloqqer 'yaxşı' qurtardı [video]

Şəkil paylaşmaq

2015-ci ilin fevralında Smolenskdə yaşayan Polina Petrusevanın evinə silahlı polis gələrək onu həbs edib. Onun günahı yaşadığı binanın nasistlər tərəfindən işğal olunduğu dövrdə çəkilmiş tarixi şəklini paylaşmaq olub.

Petrusevaya 1000 rubl (18 dollar) cərimə kəsilib. Məhkəmə bunu şəkildə nasist bayrağı və uniformalı nasist zabitlərinin olmasıyla əsaslandırıb. Buna görə Petrusevanı "Nasist rəmzləri yaymaqda" ittiham ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG