Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Rusiyada indi də 'kiberdrujinalar' yaradılır


Rusiya. Duma qarşısında İnternet azadlığı aksiyası.
Rusiya. Duma qarşısında İnternet azadlığı aksiyası.

Dövlətin yaratdığı "xalq drujinaları" müharibədən sonrakı dövrdə sovet həyatının bir hissəsi idi. Qoluna qırmızı parça bağlamış drujinnikləri küçədə tez-tez görmək olurdu.

Rusiyanın cənubundakı Belqorod regionunun qubernatoru Yevgeny Savchenko ötən həftə xüsusi göstəriş verərək bu ənənəni internet erasına gətirib. Bundan sonra rəsmi "kiberdrujinnik"lər şəbəkəsi internetə yerləşdirilmiş qanunsuz kontenti araşdıracaq.

Hüquq müdafiəçiləri Rusiya hökumətinin internetdə söz azadlığına ciddi təzyiq göstərdiyini, bununsa sosial media istifadəçiləri və bloqqerlərə təsir etdiyini bildirirlər.

Buna da bax:​ Kiber-hücumların sayı 60% artıb – NATO

“QANUNSUZ” KONTENT

Bu yaxınlarda kilsədə Pokemon GO oyunu oynayan bloqqerin həbsi bu təzyiqə bir örnəkdir.

Qubernatorun tapşırığıyla yaradılan "kiberdrujinalar" regional hökumətin nəzarəti altında çalışan "könüllü" onlayn informatorlardan ibarət olacaq. Onlar internetdə "qanunsuz" material aşkarladıqda dərhal hökumətə xəbər verəcəklər. Bura "ekstremist," narkotik və qumarın "təbliği", uşaq pornoqrafiyası və intihara həvəsləndirən kontent daxildir.

Yaşı ən azı 18 olan iştirakçılar aşkarladıqları "qanunsuz" kontent barədə Roskomnadzora, sosial şəbəkə administrasiyasına və regional hökumətə xəbər verəcəklər. Regional hökumət bu məlumatı hüquq mühafizə orqanlarına ötürüb-ötürməməyi qərarlaşdıracaq.

Buna da bax:​ 'Hücum edən şəbəkədə Azərbaycanın bir neçə hökumət qurumu var idi...'

"Qanunsuz" kontent barədə bilgi həmçinin rus maqnat Konstantin Malofeyevin maliyyələşdirdiyi "Təhlükəsiz İnternet Liqası" adlı quruma ötürüləcək. ABŞ Malofeyevi Şərqi Ukraynadakı separatçıları dəstəkləməkdə ittiham edir.

32 REGİONDA 20 MİN KÖNÜLLÜ

Malofeyev Rusiyada internet senzurasının gücləndirilməsini, hətta Facebook-un bağlanmasını tələb edir. Son illərdə Rusiya boyu özünü kiberdrujina elan etmiş dəstələrin əksər hissəsi onun təşkilatının üzvləridir. 2011-ci ildə yaradılmış təşkilat Rusiyanın 32 regionunda 20 min könüllüsü olduğunu, bu vaxta qədər həm Rusiyada, həm də ölkə xaricində "yüzlərlə" təhlükənin önlənməsinə yardım göstərdiyini iddia edir.

Moskvada yerləşən Rəqəmsal Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri Sarkis Darbinyan hesab edir ki, Belqorod təşəbbüsünün məqsədi etiraz edən səsləri əzməyə yardım əvəzində regional hökumətdən "yemlənəcək" "peşəkar informatorlar" şəbəkəsi yaratmaqdır.

Buna da bax:​ Türkiyəyə görünməmiş kiberhücumlar

"Düşünürəm ki, könüllü adlandırılan bu şəxslər pulsuz işləməli olsalar da, büdcədən müəyyən qədər maliyyələşəcəklər", – Darbinyan deyir.

“ONLARI ÖZLƏRİ DƏ TAPIRLAR”

Moskvada fəaliyyət göstərən "Sova" hüquq mərkəzinin rəhbəri Aleksandr Verkhovksy deyir ki, Rusiya hökumətinin internet istifadəçilərini taparaq onları təqib etməkdən ötrü kənardan köməyə ehtiyacı yoxdur.

"Onlar belə istifadəçiləri özləri də tapırlar, buna görə “drujinnik”ə ehtiyac yoxdur", – deyə Verkhovsky əlavə edir.

Freedom House təşkilatı bildirir ki, ötən il Rusiyada internet azadlıqlarının vəziyyəti pisləşməkdə davam edib. Digər beynəlxalq insan hüquqları qurumları da ölkədə internetdə ifadə azadlığının vəziyyətini tənqid edirlər.

Buna da bax:​ Müdafiə naziri deyir ki, Rusiyanın “kiberqoşunu” var

Rusiya rəsmiləri bu tənqidi rədd edilər. Putin-in nüfuzlu müttəfiqlərindən biri, parlamentin aşağı palatasının hazırkı spikeri Vyacheslav Volodin ötən il Rusiyada internetin "ABŞ-dakından daha azad" olduğunu demişdi.

SEÇKİ GÖZLƏNTİSİ

Həm Darbinyan, həm də Verkhovsky düşünürlər ki, Belqorod təşəbbüsünün hökumətin federal səviyyədə digər regionlarda da kiberdrujinalar yaratması üçün qəlib rolunu oynaya bilər.

Moskva Ali İqtisadiyyat Məktəbindən regional siyasət eksperti Nikolai Petrov bu addımı Savchenko-nun sentyabrdan yenidən qubernator seçilmək istəyi və ya ölkədə gələn il keçiriləcək prezident seçkiləri ilə əlaqələndirir. Bu seçkilərdə Putin-in yenidən altı illik müddətə seçiləcəyi gözlənilir.

Buna da bax:​ Ukraynaya kiberhücumlar: Gözlər Rusiyanı axtarır...

Regional başçılara, böyük ehtimalla, 2018-ci ilin martında keçiriləcək seçkilərə daha çox seçici cəlb etmələri üçün təzyiq göstəriləcək.

"Bu, Savchenko-dan ötrü özünün ona həvalə edilmiş regiona faydalılığını sərgiləmək imkanıdır", – Petrov deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG