Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 06:58

Putinə sui-qəsddə suçlanana Kiyevdə silahlı hücum olub, amma...


Adam Osmayev, 18 Noyabr, 2014

İyunun 1-də Kiyevdə Rusiya prezidenti Vladimir Putin-ə sui-qəsd cəhdində ittiham olunan çeçenə silahlı hücum olub. Ancaq onun həyat yoldaşı hücum edənə cavab atəşi açdığından, o, hücumdan salamat çıxıb.

Adam Osmayev-ə sinəsindən iki dəfə vurulub. Arvadı Amina Okuyeva həmin şəxsə dörd dəfə atəş açaraq onu qolundan, ayağından və budundan yaralayıb.

Buna da bax:​ Putinə görə, informasiya sferasında 'daha bir təhlükə meydana çıxıb...'

Kiyev polisinin məlumatına görə, hər iki şəxs xəstəxanadadır və yaraları həyatlarına təhlükə yaratmır.

Atışmadan sonra Okuyeva Facebook səhifəsində tərəfdarlarına dualarına görə təşəkkür edib. O yazıb ki, ərinin şüuru yerindədir, hər şeyi anlayır, ancaq respiratora görə, hələlik, danışa bilmir.

Amina Okuyeva
Amina Okuyeva

Günün bütün mövzuları

XS
SM
MD
LG