Keçid linkləri

2017, 18 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:36

Putinə görə, informasiya sferasında 'daha bir təhlükə meydana çıxıb...'


Putinin ölkənin daxili işlər naziri ilə görüşü,Moskva , 9 mart 2017

"Currenttime TV" portalı yazır ki, Rusiya prezidenti Vladimir Putin intiharı təbliğ edən saytların yaradıcılarını “cinayətkar” adlandırıb.

“Ölüm qrupları”na da aiddir

Putin-in sözlərinə görə, informasiya sferasında "daha bir təhlükə meydana çıxıb– intihar təbliğ edən saytların yayılması". "Cinayətkarlar – onları isə başqa cür adlandırmaq mümkün deyil (ictimai çıxış olmasaydı, adlandırmaq olardı, ancaq onlar, ən azı, cinayətkardırlar) – hər şeydən əvvəl yeniyetmə və gənc auditoriyanı, psixikası hələ möhkəmlənməmiş, yaxud çətin durumda olan uşaqları hədəfə alırlar", – deyə Putin DİN-in geniş kollegiya iclasında çıxışında bildirib.

Prezident Dövlət Dumasının deputatlarının irəli sürdüyü, sui-qəsd səviyyəsinə çatdırmaya görə cinayət məsuliyyətinə yol açan hərəkətlərin siyahısının genişləndirilməsinə dair qanun layihəsini dəstəkləyib.

Rusiya Dövlət Duması (Duma)
Rusiya Dövlət Duması (Duma)

Martın 9-da Cinayət Məcəlləsində dəyişikliklər barədə qanun layihəsi Dövlət Dumasına təqdim edilib. Bu dəyişikliklər yetkinlik yaşına çatmayanları intihara meylləndirməyə görə cəza nəzərdə tutur. Qanun bunu sosial şəbəkələrdəki "ölüm qrupları" vasitəsilə gerçəkləşdirənlərə də aid edir.

Düzəlişdə

* Cinayət Məcəlləsinə yeni "İntihara meylləndirmək və intihara təşviq etmək" maddəsinin salınması nəzərdə tutulub;

* bu maddə üzrə intihara meylləndirməyə görə 2 ilə qədər azadlıqdan məhrumetmə, intihara təşviqə görə isə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub;

* meylləndirmə, yaxud təşviq əməli uşaqlara, hamilə qadınlara qarşı, yaxud internet vasitəsilə törədilibsə, azadlıqdan məhrumetmənin 4 ilə qədər artırılması nəzərdə tutulub;

* əgər intihar baş veribsə, azadlıqdan məhrumetmənin 5 ilə qədər uzadılması təklif edilir;

* uşağın və ya hamilə qadının intiharından sonra isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Ötən il 720 yeniyetmə intihar edib

Mavi balina internet oyunu
Mavi balina internet oyunu

Fevralın 13-də Dövlət Dumasının vitse-spikeri Irina Yarova bildirib ki, artıq Dövlət Dumasında uşağı intihara yönləndirməyə görə cinayət məsuliyyətinin tətbiqinə dair qanun layihəsi hazırlanıb.

Bundan öncə Rusiyanın İstintaq Komitəsi də Cinayət Məcəlləsindəki "İntihar həddinə çatdırma" maddəsini genişləndirməyi, bu maddə üzrə maksimal həbs cəzasının 7 ilə çatdırılmasını təklif edirdi.

Yarova-nın sözlərinə görə, hazırda internetdə "könüllü ölümü təbliğ edən xeyli sayt fəaliyyət göstərir, yaxud da müxtəlif intihar xidmətləri təklif edilir". Eyni zamanda onların səyləri nəticəsində 2016-cı ildə Rusiyada 720 yetkinlik yaşına çatmamış şəxs intihar edib.

Rusiya federal istehlakçıların hüquqlarını müdafiə və insan rifahı sahəsində nəzarət xidmətinin (Rospotrebnadzor) məlumatına görə, intihar etməyin yollarına dair yasaqlanmış məlumat daşıyan istinadların 30 faizi sosial şəbəkələrin payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG