Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:00

Kilsədə pokemon tutan rus bloqqer 'yaxşı' qurtardı [video]


Ruslan Sokolovsky hökmdən sonra, 11May. 2017
Ruslan Sokolovsky hökmdən sonra, 11May. 2017

Rusiyada məhkəmə videobloqqer Ruslan Sokolovsky-ni ekstremizm və dindarların hisslərini təhqir etməkdə təqsirli bilib.

Səbəb onun çəkdiyi doqquz videodur. Onlardan birində bloqqer kilsədə pokemon tutur. Məhkəmənin hökmünə görə sözügedən doqquz video

  • dini nifrət yaradır və müsəlmanları deportasiya etməyə çağırır,
  • feministlərə nifrət oyadır,
  • dindar pravoslavlara və başqa "dini və sosial qruplara" nifrət oyadır,
  • "dindar xristianlara və rus pravoslav kilsəsinə nümayişkaranə sayqısızlıq" göstərir.

Məhkəmə hesab edir ki, videolarda dindarlar "xəstə adamlar" və "əqli inkişafdan qalmış" kimi təqdim edilirlər ki, bu da onlara nifrət yaranmasına yol açır.

Buna da bax:​ Bloqqer Pokemon-a görə həbs edilə bilər

ŞƏRTİ CƏZA KƏSİLİB

Məhkəmə hökmündə həmçinin deyilir ki, Sokolovsky "İsa Məsihi dirilmiş ölü zombi kimi", Rusiya patriarxı Kirili isə "alçaldıcı keyfiyyətlərə malik adam" kimi qələmə verib. Hökmdə bundan başqa deyilir ki, bloqqer öz videolarında "təbliğat fəndlərinə" əl atıb.

Bloqqerin mehkemesi. Yekaterinburq, 11May, 2017
Bloqqerin mehkemesi. Yekaterinburq, 11May, 2017

Qeyd edilir ki, Sokolovsky "qəsdən sosial əhəmiyyətli mövzular seçərək" abunəçilərinin və gəlirlərinin artmasına çalışıb. Şahidlərin ifadələrində isə deyilir ki, Sokolovsky "xaricə getmək üçün qəsdən Rusiya Federasiyasının dövlət quruluşu haqda mənfi fikirlər səsləndirib", real həyatda da qafqazlılar və Orta asiyalılara nifrətini bildirib.

Buna da bax: 'Pokemon'un autizm, Asperger sindromundan əziyyət çəkən uşaqlara faydası varmış

İttiham tərəfi məhkəmədən bloqqerə ümumi rejimli koloniyada keçirməklə 3,5 il həbs cəzası istəmişdi. Məhkəmə bu tələbi əsasən təmin edib. Ancaq ondan asılı xəstə anasının olmasını, gənc yaşını, habelə peşmançılıq keçirərək dindarlardan üzr istəməsini nəzərə alaraq ona şərti cəza kəsilib. Lakin bloqqer əvvəlki fəaliyyətini davam etdirsə, həbsxanaya göndəriləcək.

VİDEOYA 500 MİN NƏFƏR BAXIB

Hakim qeyd edib ki, Sokolovsky-nin əməlləri qəsdən törədilib və ictimaiyyətə təhlükəlidir. O bildirib ki, bloqqer "cəmiyyətdə əsrlərlə mövcud" qaydalara sayqısızlıq edib.

Ruslan Sokolovsky ötən il avqustun 11-də internetdə Yekaterinburqdakı Xram-na-Krovi kilsəsində pokemon tutduğunu göstərən video yerləşdirib. Bu kilsə çar ailəsinin güllələndiyi yerdə tikilib. Həmin videonun baxış sayı 500 min olub.

Buna da bax:​ 'Pokeman Go' ilə bağlı daha bir qadağa

Bundan sonra bloqqerə cinayət işi açılıb və o, sentyabrın 2-də həbs edilib.

Qeyd edilir ki, şahidlərin əksəriyyəti bloqqerin kilsədə məhz kimi və nəyi tutduğunu ümumiyyətlə anlamayıblar. Onun vəkili deyib ki, o şöhrət və pul qazanmaq istəyib, heç kimi təhqir etməyə çalışmayıb.

“MİLLİ MƏNSUBİYYƏTİM YOXDUR”

Sokolovsky-nin özü də ittihamı rədd edir, özünü ekstremist saymır. "İdiot ola bilərəm, ancaq qətiyyən ekstremist deyiləm. ...Mən artıq istintaq təcridxanasında olmuşam və bizim ümumi rejimli düşərgələrimizin durumunu bilirəm. Mən ateist, kosmopolit və libertarianam. Dinim və milli mənsubiyyətim yoxdur. Yarı tərəfim rusdur. Məni necə millətçilikdə ittiham etmək olar?" – o, son sözündə deyib.

Buna da bax:​ Dünyadakı hakim dairələrin hamısı 'Pokemon Go'dan rahatsızmış

Ruslan Sokolovsky, 28Aprel2017
Ruslan Sokolovsky, 28Aprel2017

"Memorial" hüquq müdafiə təşkilatı Sokolovsky-ni siyasi məhbus kimi tanıyıb.

Bloqqerin vəkili hesab edir ki, prokurorluğun tələb etdiyi sərt cəza "bir məqsədə xidmət edirdi – sosial şəbəkələrdə fəal olan 17 - 30 yaşlı insanları, yeniyetmələri, bloqqerləri qorxutmaq. Belə halların bir də təkrarlanmamasından ötrü preventiv tədbir görürlər. Bu ondan ötrü idi ki, Sokolovsky-nin işlətdiyinə bənzər ifadələr ictimai məkanda və internet məkanında yayılmasın. Məqsəd başqalarının gözünü qorxutmaq idi. ...Onlar elə bilirlər ki, indi bu oğlanı 3,5 illiyinə həbs etsələr, bütün problemlər həll olunacaq".

Kilsədə Pokemon tutan bloqçu məhkum edildi
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG