'Kremlin qisası': Putin əslində Paşinyana qarşı nə planlayır?
Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın bugünlərdə yerli mediaya verdiyi müsahibədə səsləndirdiyi "Mənə elə gəlir ki, geri dönüşü olmayan nöqtəyə çatmışıq" fikri siyasi şərhçilər tərəfindən Putinin yaxın dostunun Ermənistandakı nəsil dəyişikliyindən doğan narahatlığı kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Nikol Paşinyan hökumətinin növbəti bir neçə il ərzində hakimiyyətdə qalması ölkənin ictimai-siyasi mənzərəsinə həlledici təsir göstərəcək. Bu ssenari gerçəkləşərsə, yeni nəsildə Rusiya ilə yaxınlaşma tərəfdarlarının sayı kəskin azalacaq. Artıq belə bir qənaət formalaşıb ki, Rusiyanın postsovet məkanında qarşılaşdığı çətinliklərin kökündə həm əhali, həm də siyasi elita səviyyəsində baş verən qaçılmaz nəsil dəyişimi reallığı dayanır.
Arxiv
-
Sentyabr 04, 2026'2 milyon azərbaycanlının çörək ağacı' - Rusiya iqtisadiyyatı çökürmü?
-
Sentyabr 01, 2026İranda 128 faiz bahalaşma: Trampın iqtisadi müharibəsi Tehranı çökdürür?
-
Avqust 29, 2026'Yeni Rusiya İmperiyası': Kremlin postsovet məkanına mesajı
-
Avqust 24, 2026İran Tramp yolunda da 'Hörmüz böhranı' yarada bilər?