'Kremlin qisası': Putin əslində Paşinyana qarşı nə planlayır?
Ermənistanın keçmiş prezidenti Robert Köçaryanın bugünlərdə yerli mediaya verdiyi müsahibədə səsləndirdiyi "Mənə elə gəlir ki, geri dönüşü olmayan nöqtəyə çatmışıq" fikri siyasi şərhçilər tərəfindən Putinin yaxın dostunun Ermənistandakı nəsil dəyişikliyindən doğan narahatlığı kimi qiymətləndirilir. Analitiklər hesab edirlər ki, Nikol Paşinyan hökumətinin növbəti bir neçə il ərzində hakimiyyətdə qalması ölkənin ictimai-siyasi mənzərəsinə həlledici təsir göstərəcək. Bu ssenari gerçəkləşərsə, yeni nəsildə Rusiya ilə yaxınlaşma tərəfdarlarının sayı kəskin azalacaq. Artıq belə bir qənaət formalaşıb ki, Rusiyanın postsovet məkanında qarşılaşdığı çətinliklərin kökündə həm əhali, həm də siyasi elita səviyyəsində baş verən qaçılmaz nəsil dəyişimi reallığı dayanır.
Arxiv
-
Aprel 17, 2026Putinlə Əliyev barışdımı?
-
Aprel 15, 2026Orban gedir, 'orbanizm' qalır
-
Aprel 10, 2026XXI əsrin yeni dünyasını əslində kimlər idarə edəcək
-
Aprel 08, 2026Kreml miqrantlara qarşı əslində hansı savaşı başladıb