Keçid linkləri

2026, 14 May, cümə axşamı, Bakı vaxtı 08:59

Paşinyan Qarabağdan imtina etdi, bəs ermənilər? – 'Udursa, məsələ bağlanacaq'


Paşinyan Qarabağdan imtina etdi, bəs ermənilər? – 'Udursa, məsələ bağlanacaq'
Gözlə

No media source currently available

0:00 0:06:50 0:00

Parlament seçkilərinə bir aydan az vaxt qaldığı bir dövrdə Ermənistan baş naziri Nikol Paşinyan gözlənilməz bir bəyanatla çıxış edərək "Qarabağ heç vaxt bizim olmayıb" dedi. O, fikrini belə əsaslandırdı: "Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik?" Erməni siyasi təhlilçiləri isə Paşinyanın bu çıxışını seçkiöncəsi taktika kimi dəyərləndirirlər. Onların fikrincə, baş nazir cəmiyyətdəki əhval-ruhiyyəni yaxşı bilmədən bu qədər riskli addım atmazdı. Yəni Paşinyan bu bəyanatlarla seçki kampaniyası aparır və prosesi qazanacağı təqdirdə erməni cəmiyyətinin əsl seçimini təsdiq edib legitimləşdirmək niyyətindədir.

XS
SM
MD
LG