Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 03:47

113 nəfər yoluxub, bir nəfər ölüb


Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?

Son gündə Azərbaycanda 113 nəfər yeni koronavirusa yoluxub, 40 nəfər sağalıb.

Bunu bugün, mayın 18-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y.Qarayevanın sözlərinə görə, son gündə bu virusa yoluxanlardan bir nəfər də vəfat edib: "İndiyə qədər Azərbaycanda 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam edir".

Verilən məlumata görə, bu virusa yoluxanlardan ölkədə ölüm halı 40-a çatıb.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək koronavirusla bağlı ölkədə 235 min 910 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 830 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 317 mindən artıq şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG