Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:27

Müsavatçının namizədliyi qeydə alınmayıb


Saleh Sultanov

Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 19-da keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürən Saleh Sultanov-un şikayətinə baxıb.

Saleh Sultanov 110 saylı Zaqatala seçki dairəsindən namizədliyinin rəsmiləşməməsi ilə bağlı Dairə Seçki Komissiyasından (DSK) MSK-ya şikayət etmişdi.

S.Sultanovun sənədlərini zamanında təqdim etmədiyi səbəb göstərilərək şikayəti təmin edilməyib.

O, Müsavat Partiyası yerli təşkilatının sədridir.

Müsavat Partiyanın başqanı Arif Hacılı MSK-nin qərarını yanlış hesab edib.

Arif Hacılı, 19 noyabr 2019
Arif Hacılı, 19 noyabr 2019

Arif Hacılı hesab edir ki, Dairə Seçki Komissiyası (DSK) Saleh Sultanova münasibətində əndazəsini aşmışdı və MSK bu qərarı ilə bunu davam etdirib:

“Saleh Sultanov DSK-ya vaxtında müraciət etsə də, onun sənədləri uzun müddət götürülmədi. Bundan sonra imza vərəqələri verilmədi, faktiki olaraq seçkilərdə qalib gələcək müsavatçının iştirakına imkan verilmədi. Bu, məqsədli edildi…”

Bu deyilənlərə, hələlik, 110 saylı Zaqatala Dairə Seçki Komissiyasının münasibətini almaq mümkün olmayıb.Amma bundan əvvəl “ Turan” agentliyinə MSK-dan baş verənlərə səbəb kimi Saleh Sultanovun namizədlkik üçün gec müraciət etməsi göstərilmişdi.

Müsavat Partiyasının siyahısı ilə 20-dən çox, bu partiya mənsubiyyətini göstərməklə fərdi qaydada isə 50-dən çox namizəd qeydə alınıb. Ümumilikdə isə 1600-ə yaxın namizədin qeydə alındığı bildirilir. Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Xatırlatma

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.Prezident də öz növbəsində növbədənkənar parlament seçkilərinin bu il fevralın 9-da keçirilməsinə dair sərəncam verib. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayib. Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur.

Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG