Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Avqust, Bazar ertəsi, Bakı vaxtı 14:47

"Azərenerji": “Enerji təchizatında problem yaranmayıb”


foto arxiv

İyunun 29 da Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasına (İES) məxsus yarımstansiyanın cərəyan transformatorlarından birində nasazlıq baş verib.

Bu barədə “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinin (ASC) yaydığı məlumatda bildirilir.

“Son zamanlar enerjisistemdə aparılan qabaqlayıcı tədbirlər nəticəsində baş vermiş nasazlığın genişlənməsinin qarşısı alınıb. Xüsusilə yeni quraşdırılan əks-qəza avtomatikasının işə düşməsi nəticəsində respublikanın elektrik enerjisi təchizatında heç bir fasilə yaranmayıb və ölkə üzrə enerji təminatı 100 faiz səviyyəsində saxlanıb”, məlumatda yazılıb.

Məlumatda vurğulanır ki, yaranmış texniki problem qısa zamanda aradan qaldırılıb.

--

“Bu gün, iyunun 29-da "Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.

Bunu “Report” agentliyinə “Azererji” Açıq Səhimdar Cəmiyyətinin (ASC) media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, ölkənin elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, stansiyada xırda texniki hadisə olub:

"Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb və problem aradan qaldırılıb”.

İyunun 28-də bir sıra yerli saytlarda Mingəçevirdə yanğın olması ilə bağlı məlumat yayılmışdı. AFN.az saytında yerləşdirilən videoda isə şəhərdəki obyektlərdən birindən tüstü çıxdığı görünürdü.

Xatırlatma


2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə Mingeçevirdəki “Azərbaycan” İES-in transformatorunda baş verən qəza nəticəsində ölkənin elektrik enerjisi sistemində böhran yaşanmışdı. Amma bu dəfə əks-qəza avtomatikasının işə düşməsi nəticəsində heç bir qəza baş vermədiyi bildirilir.

Ötənilik qəza nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanmışdı. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.Ancaq iyulun 3-ü saat təqribən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilmişdi.
Bakı metrosunda tuneldə qalan insanlar təxliyə edilmişdi. Yalnız gecə saatlarında Bakıda və işıqların söndüyü bölgələrdə elektrikin böyük ölçüdə bərpa edildiyi açıqlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG