Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 00:53

Milli Şuranın mitinqinin vaxtı dəyişdi [yenilənib]


Milli Şura növbəti mitinqini keçirir (arxiv fotosu).

Demokratik Qüvvələrin Milli Şurası aprelin 9-na təyin etdiyi mitinqi bir gün tez - aprelin 8-nə keçirib.

Bu haqda Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

O, xatırladıb ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) aprelin 9-da Milli Şuranın mitinq keçirməsinə razılıq verməyib. Onlara aksiyanı aprelin 8-nə keçirmək tövsiyə olunub. Əli Kərimli aksiyanı aprelin 8-nə keçirdiklərini bildirsə də, şəhər rəhbərliyinin təklifini qanunsuz adlandırıb.

Buna da bax:​ Əli Kərimli: 'Zimbabveyə gülməyək...'

"Bu qanunsuzdur, məhkəməyə müraciət edəcəyik", o, bildirib.

Qərar Milli Şuranın Koordinasiya Şurasının toplantısında çıxarılıb.

Demokratik Qüvvələrin Milli Şurası martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar vermişdi.

Mitinqin aprelin 9-da keçirilməsi planlaşdırılırdı.

Buna da bax: AXCP-nin nazirlikdən şikayəti rədd olunub

Ancaq Bakı şəhər icra hakimiyyəti başçısı Hacıbala Abutalıbov təşkilatçılarla görüşərək aksiyanı bir gün əvvələ keçirməyi təklif etmişdi. Onun bunu aprelin 9-un bazar günü olması ilə izah etdiyi bildirilir.

Mitinqin bundan əvvəl şüarları açıqlanıb. Aksiyada «Korrupsiyaya son, monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» şüarlarının səslənəcəyi bildirilib.

Ötən həftə mitinqin təşkilatçıları Bakı meriyasına xəbərdarlıq məktubu göndərmişdilər.

Buna da bax:​ 'Ciddi sanksiya təhlükəsi olarsa...'

* * *

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının aprelin 9-da mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Bu haqda Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Verilən xəbərə görə, BŞİH aprelin 9-da Milli Şuranın mitinq keçirməsinə razılıq verməyib.

Buna da bax:​ Milli Şura Bakı şəhər rəhbərliyinə müraciət etdi

Meriya təklif edib ki, müxalifətçilər etiraz aksiyasını bir gün əvvəl, aprelin 8-də keçirsinlər.

AXCP-dən deyiblər ki, şəhər rəhbərliyinin məktubu müzakirə edildikdən sonra açıqlama veriləcək.

Xatırlatma

Demokratik Qüvvələrin Milli Şurası martın 29-u Bakıda mitinq keçirmək haqqında qərar vermişdi.

Buna da bax:​ C.Həsənli: 'Aksiyaları zəruri edən şərtlər var'

Mitinqin aprelin 9-da keçirilməsi planlaşdırılırdı.

Mitinqdə «Korrupsiyaya son, monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!» şüarlarının səsləndiriləcəyi bildirilmişdi.

Ötən həftə mitinqin təşkilatçıları Bakı şəhər rəhbərliyinə xəbərdarlıq məktubu göndərmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG