Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:57

C.Həsənli: 'Aksiyaları zəruri edən şərtlər var'


Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının son toplantısında kütləvi aksiyalara başlamaq məsələsini müzakirə edib.

Bu qurumun rəhbəri Cəmil Həsənli həmin müzakirələri Azadlıq Radiosuna dəyərləndirib.

C.Həsənli deyib ki, aksiyaları zəruri edən şərtlər var və bu şərtlər ölkənin uşaqdan böyüyə hər vətəndaşına aydındır: «Ölkənin mövcud iqtisadi-sosial durumu ağırlaşıb. Böhran dərinləşir və onun ağırlığı xalqın çiyninə yüklənir. Siyasi məhbus problemi həll edilməmiş qalır. Yeni korrupsiya faktları ortaya çıxır. Bütün bunlar kütləvi aksiyaları zəruri edir».

Milli Şura rəhbəri bildirib ki, bu sahədə müzakirələr davam edir və hər hansı qərar olacaqsa, bu barədə media məlumatlandırılacaq.

Demokratik Qüvvələrin Milli Şurasının martın 22-si keçirilən toplantısında kütləvi aksiyalar müzakirə edilib. Ancaq qurumun bəzi üzvləri bildiriblər ki, kütləvi aksiyalardan ötrü sosial sifariş, hələ ki, yetərli görünmür. Kütləvi aksiyalar müzakirəsinin qurumun növbəti toplantısında da davam edəcəyi bildirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG