Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:14

Milli Şura Bakı şəhər rəhbərliyinə müraciət etdi


Mitinq. 17 sentyabr 2016

Demokratik Qüvvələrin Milli Şurasının aprelin 9-na təyin etdiyi mitinqin təşkilat komitəsi Bakı şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərib.

Bu barədə Milli Şuraya daxil olan Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Ə.Kərimlinin deməsinə görə, mitinqin təşkilatçıları Milli Şuranın üzvləri - hüquqşünas Namizəd Səfərov, keçmiş məhbus Tofiq Yaqublu, hüquq müdafiəçisi Oktay Gülalıyev və AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynlidir.

Mitinqin şüarı belə olacaq: «Korrupsiyaya son, Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!».

XATIRLATMA

Milli Şura son mitinqini ötən il Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum öncəsi təşkil etmişdi. Aksiya icazəli olsa da, bəzi fəalların saxlanması ilə bağlı məlumatlar yayılmışdı. Mitinq ərəfəsi AXCP-nin 70-dən çox fəalı saxlanaraq, müxtəlif günlərə inzibati qaydada həbs edilmişdilər. Onlara polisə müqavimət və buna oxşar ittihamlar verilmişdi.

Referendumda isə Konstitusiyaya 29 məsələ ilə bağlı dəyişiklik edilib. Orada Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Bu il prezident İlham Əliyev Konstitusiyaya həmin dəyişikliklərdən yararlanaraq, öz həyat yoldaşı Mehriban Əliyevanı birinci vitse-prezident təyin edib. Müxalifət bu dəyişiklikləri hakimiyyətin bir ailədə cəmləşməsi kimi xarakterizə edirdi. Ancaq hakimiyyət rəsmilərinə görə isə, bu, ölkənin təhlükəsizliyinə və daha dinamik idarə edilməsinə imkan yaracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG