Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:48

Üstündə 'Milli Bank' yazılan pullar dəyişdiriləcək


Azərbaycan manatı.

“Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində “Azərbaycan Milli Bankı” və “Azərbaycan Mərkəzi Bankı” sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir”.

Mərkəzi Bankın Azərbaycanın yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış “Azərbaycan Milli Bankı” sözlərinin “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı media və əhalinin çoxsaylı suallara cavab olaraq yaydığı açıqlamada belə deyilir.

Buna da bax:​ Məhkəmə qərarı: Bank borcluya təzminat ödəyəcək

Mərkəzi Bank bildirir ki, prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına əsasən 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb. Bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə “Azərbaycan Milli Bankı” sözləri yazılıb. 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı Referendum Aktının tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına, o cümlədən Milli Bankı haqqında Qanununa dəyişikliklər edilib. Qanunda “Milli Bankı” sözləri “Mərkəzi Bankı” sözləri ilə əvəz edilib.

Açıqlamada bildirilir ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz olunub.

Buna da bax: Banklar dolları 'qara bazar' qiymətinə satmağa başlayacaq

Açıqlamada bildirilib ki, hazırda tədavüldə üzərində “Azərbaycan Milli Bankı” yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində “Azərbaycan Mərkəzi Bankı” sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur. Gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində “Azərbaycan Milli Bankı” sözləri “Azərbaycan Mərkəzi Bankı” sözləri ilə əvəz ediləcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG