Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

Keçmiş SSRİ respublikalarının fərqli birinci xanımları


Shavkat Mirziyoev və həyat yoldaşı Ziroatkhon Hoshimova

Özbəkistan prezidentinin Bişkekə səfəri zamanı onun xanımı diqqət mərkəzində olub. Bəzi KİV-lər onun gözəlliyini qeyd ediblər.

Özbəkistanın birinci xanımının adı yaxın vaxtlaradək geniş ictimaiyyətə bəlli deyildi. Prezident ailəsi ilə tanış olan politoloq Toshpulat Yuldashev deyir ki, həyat yoldaşı baş nazir olan zaman Ziraotkhon Hoshimova ailəsi üçün xoşagəlməz hallardan yayınmaqdan ötrü tanışları və həmkarlarından fərqlənmirdi, rəfiqələri, hətta qohumları ilə görüşlərdən boyun qaçırırdı. O, rəsmi səfərlərdə və hər hansı məclislərdə çəkilmiş fotolarda da gözə dəymir. Özbəkistanın elitası bilirdi ki, prezident Islam Karimov özünü və ya ailəsini tanıtmağa çalışan məmurları çox sərt cəzalandıra bilər.

İctimaiyyət Ziroatkhon Hoshimova-nın adını ilk dəfə prezidentliyə namizəd Shavkat Mirziyayev-in 2016-cı ilin noyabrında dərc edilmiş tərcümeyi-halında görüb. Onun bu günədək sosial şəbəkələrdə səhifəsi də yoxdur.

Buna da bax:​ Sarkisianın xanımı Mehriban Əliyevadan danışdı (Video)

Shavkat Mirziyoyev-in ailəsi (2016)
Shavkat Mirziyoyev-in ailəsi (2016)

BÖYÜK SEVGİYƏ ƏNGƏLLƏR

Toshpulat Yuldashev deyir ki, Ziroatkhon Hoshimova Fərqanə vilayətinin Kokand şəhərində dindar və çox imkanlı ailədə böyüyüb. Onun sözlərinə görə, Shavkat Mirziyayev gələcək həyat yoldaşı ilə Daşkənd İriqasiya və Meliorasiya İnstitutunda tanış olub. Gənclərin bir-birinə qarşılıqlı simpatiyası sonradan böyük sevgiyə çevrilib.

Ancaq xoşbəxtliyə gedən yol hamar olmayıb. Bəzi mənbələr Ziroatkhon-un ailəsinin bu nikaha qarşı çıxdığını deyirlər. Onun atası Mahmudjon Hoshimov Fərqanə vadisinin çox zəngin və nüfuzlu adamlarından olub. O, Kokandda Orta Asiya dəmir yolunun təchizat şöbəsinə başçılıq edirmiş. Həmin şöbəyə yol restoranı («Dorrestoran») və səyyar vaqon-restoranlar da daxil idi. Mahmudjon Hoshimov SSRİ Dövlət Təchizat İdarəsindən (Qossnab) aldığı malları paylaşdırmaq imkanına malik olub. Bundan başqa onun özünün 10 soyuducu vaqonu var imiş və bu vaqonlarla Özbəkistandan Rusiyaya meyvə-tərəvəz, əks istiqamətdə isə qıt sayılan sənaye malları daşıyırmış.

«Mirziyayev-in ...qələbəsindən dərhal sonra xanımı tanınmış özbək şairəsi Halima Khudayberdiyeva-nı ziyarət etdi. 23 il ərzində şairəyə kitab çap etdirmək və ictimaiyyət qarşısında çıxış etmək yasaqlanmışdı. Ziroatkhon-un onun evini ziyarətindən sonra şairə 23 ildə ilk dəfə dövlət televiziyasında çıxış etdi. Hökumət şairənin həyat yoldaşı, siyasi məhbus Mavlon Umurzakova bəraət verdi», – Toshpulat Yuldashev deyir.

Buna da bax:​ 'Prezident gəlir, deyir ki, mən arvadımı birinci-vitse prezident təyin etdim'

“BOZ KARDİNAL”

«Nezavisimaya qazeta»nın şərhçisi Viktoria Panfilova da Özbəkistanın birinci xanımının gözəlliyini qeyd edir. O deyir ki, əvvəlki birinci xanım Tatiana Karimova-dan fərqli olaraq, Ziroatkhan Hoshimova dövlət işlərinə qarışmır. Tatiana Karimova ictimaiyyətin diqqətindən qaçsa da, bəzi mənbələr onu ərinin yanında «boz kardinal» hesab edir, onun ölkənin idarə olunmasında birbaşa rol oynadığını deyirdilər. Siyasət, kadr dəyişiklikləri, yaxud maliyyə və iqtisadi məsələlərlə bağlı heç bir qərar onun iştirakı olmadan qəbul edilmirmiş.

Viktoria Panfilova-nın sözlərinə görə, Mərkəzi Asiyada yalnız Qırğızıstanın keçmiş prezidenti Askar Akaev-in həyat yoldaşı Mairam Akaeva siyasətçi və ictimai xadim kimi tanınırdı. Askar Akaev-in prezidentliyi dövründə o, «Meerim» xeyriyyə fondunun rəhbəri idi. Qırğızıstanın keçmiş birinci xanımı daim Raisa Gorbacheva-dan örnək götürdüyünü deyirdi.

Raisa Gorbacheva və Mikhail Gorbachev
Raisa Gorbacheva və Mikhail Gorbachev

Raisa Gorbacheva-dan söz düşmüşkən, o, tarixə SSRİ-nin ilk birinci xanımı kimi düşüb. Qərbdə onu çox bəyənirdilər – Raisa Gorbacheva birinci xanım haqda təsəvvürləri doğruldurdu. Onun üzə çıxması Qərb ölkələrində çoxlarına işarə idi: perestroyka dövrünün SSRİ-si daha insani keyfiyyətlərə malik olmağa başlayırdı. Gorbacheva-nın fotoları Qərb nəşrlərinin üz qabından düşmürdü, dünyanın ən tanınmış jurnalistləri ondan müsahibə almaq arzusunda idilər. O, həm də çox fəal ictimai həyat sürürdü. Onun sayəsində Sovet Mədəniyyət Fondu təsis edilmiş, yeni muzeylər yaradılmış, memarlıq abidələri bərpa edilmişdi.

Buna da bax:​ Məlumat gizlədilir. Amma orada birinci xanım qeydiyyatda olub

TACİKİSTAN VƏ TÜRKMƏNİSTANIN BİRİNCİ XANIMLARI KİMDİR?

Ancaq SSRİ dövlət başçısının həyat yoldaşının bu dərəcədə fəallığına hazır deyildi. Xalq onu sevmirdi.

Mərkəzi Asiyada dövlət başçılarının həyat yoldaşları "birinci xanım" statuslarına baxmayaraq, kölgədə qalmağa çalışırlar. Bu günə qədər Tacikistan və Türkmənistan rəhbərlərinin xanımları haqda heç nə bəlli deyil. İnternetdə və mətbuatda onlar haqqında heç bir bilgi yoxdur.

Tacikistan rəhbərinin xanımı Azizamo Rahmonova (sağda)
Tacikistan rəhbərinin xanımı Azizamo Rahmonova (sağda)

Tacikistan rəhbərinin xanımı Azizamo Rahmonova cəmi bir neçə dəfə ictimaiyyət arasında görünüb: Emomali Rahmon-un Malaziyaya səfəri, Çinin prezidenti və onun xanımının şərəfinə prezident iqamətgahında keçirilən qəbul və Kəbə ziyarəti zamanı. Azizamo Rahmonova Kəbənin içərisinə girmiş ilk tacik qadını olduğundan onun "tacik qadınlarının lideri" elan olunmasını təklifini irəli sürənlər də var.

Buna da bax: ISESCO-nun fəaliyyətində Azərbaycanın rolu

AZƏRBAYCANDA

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə çoxsaylı titullarıyla fərqlənir. O, UNESCO-nun Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidentidir.

Əliyeva 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir.

Mehriban Əliyeva 2005, 2010 və 2015-ci illərdə parlament seçkilərində 14 saylı Xəzər ikinci seçki dairəsindən millət vəkili seçilib.

İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

Bu ilin fevralında isə Prezident İlham Əliyev onu birinci vitse-prezident postuna təyin edib. Azərbaycanda vitse-prezidentlik postları ötən il Konstitusiyaya dəyişiklər və əlavələr edilməsi məqsədilə keçirilən referendumdan sonra yaradılıb.

Buna da bax:​ Mehriban Əliyevanın saytı yeniləndi

Müstəqil müşahidəçilər bu dəyişikliklərdə, eləcə də birinci xanımın vitse-prezident təyin olunmasından məqsədin hakimiyyəti bir əldə cəmləmək, “sülalə rejimini gücləndirmək” olduğunu deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG