Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

ISESCO-nun fəaliyyətində Azərbaycanın rolu


Arxiv fotosu
Arxiv fotosu

Son illərdə ISESCO-nun fəaliyyətində böyük uğurlar əldə edilib. Çox sevindirici haldır ki, Azərbaycanın da bu uğurların əldə olunmasında əhəmiyyətli rolu olub.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ISESCO İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı sessiyasında çıxışı zaman deyib.

Ə.Qarayev bildirib ki, ISESCO-nun Azərbaycanda keçirilən tədbirlərinin böyük əhəmiyyəti var.

Nazir bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ISESCO-nun xoşməramlı səfiri elan edilməsi Azərbaycan ilə ISESCO arasında yüksək əməkdaşlığın bariz nümunəsidir.

Ə.Qarayev Dağlıq Qarabağ münaqişəsində ISESCO-nun Azərbaycanın mövqeyini dəstəklədiyini də diqqətə çatdırıb və buna görə təşkilata təşəkkürünü bildirib: «Azərbaycanın ən böyük və ağrılı problemində ISESCO birmənalı olaraq Azərbaycanın mövqeyini dəstəkləyir və bu, ISESCO-nun bütün üzvlərinin mövqeyini əks etdirir».

Nazir bildirib ki, ISESCO-nun fəal mövqeyi İslam mədəniyyətinin, təhsilinin səviyyəsini dünya miqyasında sübut etməyə və İslam dininin sülhsüvər bir din olduğunu dünyaya çatdırmağa imkan verir.

Azərbaycan 23-27 noyabr 2015-ci il tarixlərində İSESKO XII Baş konfransı və İcraiyyə Şurasına ev sahibliyi edir.

XS
SM
MD
LG