Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:06

Rayonlara gediş-gəlişə icazə verilir (VIDEO)


Sentyabrın 8-dən karantin bir qədər də yumşaldılacaq.

Bununla bağlı bu gün, sentyabrın 4-də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qurum xatırladıb ki, avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb, yumşalmalar təmin edilib.

Məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb.

Bildirilib ki, Azərbaycanda ictimai iaşə obyektlərinin iş saatına dəyişiklik ediləcək. Yəni ictimai iaşə obyektlərinin daxilində saat 00:00-a qədər xidmət göstərilməsinə icazə veriləcək:

“Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla)”.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin elan edilib.

Aprelin sonlarından rejim mərhələlərlə yumşaldılıb. Amma yoluxmada təkrar artım müşahidə edildiyindən iyunun 21-dən Bakı və bir sıra yerlərdə karantin sərtləşdirilib. Həmin yerlərdə yaşayanlardan fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları yenidən küçəyə SMS-lə icazə almaqla çıxa bilərdilər.

Sonradan həm buna aid qadağa götürülüb, həm də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla qalan yerlərdə yumşalma tədbirləri genişləndirilmişdi.

Karantin sentyabrın sonuna kimi uzadılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 26 milyon 522 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 874 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə qədər ümumilikdə 37 min 031 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 nəfərin vəfat etdiyi açıqlanıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə olunan koronavirus xəstələri var.

Azərbaycanda koronavirusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanmışdı.

Multimedia

XS
SM
MD
LG