Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:00

'Bu heykəl hər gün təmizlənir'


Heydər Əliyevin heykəli. 06dek2016

Heydər Əliyevin heykəli hər gün yuyulub təmizlənir, bəs Mirzə Fətəli, Sabir, Zərdabi və başqaları necə?

Cəfər Cabbarlının, Səməd Vurğunun Bakıdakı heykəlləri ancaq yağış yağanda təmizlənir. Ayrı vaxtlar, yaz-qış şəhərin mərkəzindəki bu heykəllərin və şəhərdəki başqa heykəllərin üstündə quş zili də görmək olur.

Buna da bax:​ Dünyada Heydər Əliyev heykəlləri – [interaktiv xəritə]

Bu heykəllərdən bir az aralıda - Heydər Əliyev Sarayının qarşısında keçmiş prezident Heydər Əliyevin heykəli ucalır. Parkın işçiləri deyirlər ki, bu heykəl hər gün təmizlənir. Ərazidə çalışan, adını deyib özünə problem yaratmaq istəməyən təmizlikçi qadınlardan biri abidənin təmizliyinə özəl qayğıya diqqət çəkir:

Təmizlikçi qadın: 'Bu heykəl hər gün təmizlənir...'
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00

"Hər gün silib təmizləyirik. Necə lazımdır, elə də baxırıq. Müdirimiz bu işi tapşırır, biz də görürük. Səhər tezdən əraziyə çıxır, silir, süpürürük. Heykələ kişilər qalxıb təmizləyir, aşağı hissəsini də qadınlar".

“Heykəllərin hamısı təmizlənməlidir”

Heykəllərin təmizliyinə ayrıseçkilik qoyulmamalıdır. Kulturoloq, "İctimai Nəzarət Koalisiyası" adlı qeyri-hökumət təşkilatı sədrinin müavini Aydınxan Əbilov belə deyir. Onun fikrincə, Bakı küləkli və çirkli şəhər olduğundan, təmizliyə ayrılan pullar da boşa getməməlidir:

Aydınxan Əbilov: 'Yer tapmayan quşlar heykəlləri seçir və heykəlləri quş isləyinə bulayırlar'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

"Son vaxtlar tullantılar gec-gec daşındığından, şəhərə çoxlu quş pənah gətirib. Qış aylarında qarğalar, göyərçinlər lap çox olur. Keçmişdə boş yer tapıb, oraya yığışardılar. İndi quşların daldalanma yerləri də azalıb, boş yerlərdə tikinti gedib və gedir. Yer tapmayan quşlar heykəlləri seçir və heykəlləri quş isləyinə bulayırlar. Dövlət əhəmiyyətli binaların qarşındakı heykəllər, yaxud dövlət əhəmiyyətli şəxslərin heykəlləri tez-tez təmizlənsə də, bir çox yazıçı, şair, ictimai-siyasi xadimlərin şəhərin müxtəlif yerlərindəki abidələri çirkli qalır. Onlar da təmizlənməlidir".

Buna da bax:​ Heydər Əliyevin Mexikonun “Dostluq” parkından götürülmüş heykəli hara qoyulacaq ?

Üzərinə quş qonmuş heykəl. 06dek2016
Üzərinə quş qonmuş heykəl. 06dek2016

Bəs, heykəllərin baxımına niyə ayrıseçkilik qoyulur? AzadlıqRadiosu-nun müxbiri bu sualı Heydər Əliyevin, Cəfər Cabbarlının, Səməd Vurğunun və başqa şəxslərin heykəllərinin yerləşdiyi Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlayıb. İcra hakimiyyətindən deyiblər ki, bu işlərlə onlar yox, mənzil kommunal təsərrüfat idarələri məşğuldur.

Çiçək Məmmədova: 'Səhər-səhər təmizləyirlər, axşam quşlar gəlib heykəllərin üstündə oturur'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

Mənzil-Kommunal Təsərrüfatı Birliyi: "Hamıya eyni gözlə baxılır"

Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ümumi şöbəsinin müdiri Çiçək Məmmədova AzadlıqRadiosu-na bildirib ki, heykəllərin təmizliyi məsələsində hamıya eyni gözlə baxılır və heç kimə fərq qoyulmur:

Buna da bax:​ Bir daha Əliyevin Meksikadakı heykəli haqda

Nəsiminin heykəli. 06dek2016
Nəsiminin heykəli. 06dek2016

"Heykəllərin hamısı təmizlənir. Onların təmizlənməsinə ardıcıl nəzarət var. Rəhbərlik də, rayon icra hakimiyyəti də, Mənzil-Kommunal Təsərrüfatı Departamenti də onların vaxtında yuyulub təmizlənməsinə, ətrafının səliqə-sahmanına həmişə diqqət yetirir. Səhər-səhər təmizləyirlər, axşam da quşlar gəlib heykəllərin üstündə oturur. Ancaq... hamısına diqqət var".

Bu ilin mayında iki gənc fəal - Bayram Məmmədovla Qiyas İbrahimov Heydər Əliyevin haqqında danışılan heykəlinin üstünə "Qul bayramınız mübarək" sözlərini yazandan sonra heykələ nəzarət güclənib. Adlarını açıqlamayan park əməkdaşları deyirlər ki, burda gecə-gündüz mühafizə var. AzadlıqRadiosu-nun əməkdaşı ərazidə gəzişən polis əməkdaşını və mühafizəçini görsə də, onlar bu haqda hər hansı açıqlama verməyiblər. Daxili İşlər nazirliyinin mətbuat xidmətindən də bu barədə açıqlama almaq mümkün olmayıb. Ancaq may ayında gənclərin heykəlin üstünə yazdığı "Qul bayramınız mübarək" yazısını elə bu civardakı məhəllə divarlarında da indi də görmək olur.

Buna da bax:​ Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

"Qul bayramınız mübarək" yazısı məhəllə divarlarında. 06dek2016
"Qul bayramınız mübarək" yazısı məhəllə divarlarında. 06dek2016

“İməcilik keçirib, əhali də təmizləyə bilər”

Hüseyn Cavidin, Nəriman Nərimanovun, Sabirin, Nəsiminin də heykəlləri çirkabdan, baxımsızlıqdan nəsibini alıb. "İctimai Nəzarət Koalisiyası"nın təmsilçisi Aydınxan Əbilov deyir ki, belə durumlarda əhalinin özü də iməclik keçirib, heykəllərin təmizlənməsinə çalışmalıdır.

Bu günlər Bakıda havalar yağmurludur. Yağan yağışlar heykəllərin üstündəki göyərçin zilini, tozu-torpağı da yuyur. Yəqin heykəllər də yuyulub təmizlənmək üçün yağış arzulayır və hər yağan yağışa sevinir...

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG