Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 18:12

QHT-lər yol qəzasında ölən 11 yaşlı qızla bağlı aksiya keçirib


Foto:arxiv

Martın 25-də Tbilisidə yol hərəkətinin təhlükəsizliyi ilə bağlı aksiya keçirilib. İştirakçılar ölkə parlamentinin qarşısına tabut qoyublar. Bununla onlar hakimiyətin diqqətini yollardakı çoxsaylı insan ölümlərinə səbəb olan yol qəzalarına diqqət yetirməsini istəyiblər.

Aksiya martın 22-də Tbilisinin Aqmaşenebili prospektində 11 yaşlı məktəbli qızın ölməsinə etiraz olaraq keçirilib. Adamlar aksiyada „Yollarda uşaqların təhlükəsiliyinin qayğısına qalın“, „Sürəti azaldın“, „Ölüm halları 44 faizə yüksəlib“ və sair şüarlarlar səsləndiriblər.

Aksiya „Yolların təhlükəsziliyi üçün “ qeyri-hökumt alyansının təşkilatçılığı ilə keçirilib. Alyansın məlumatına görə, hər il Gürcüstan yollarında baş verən qəzalarda 600 adam həyatını itirir, 9 minə yaxın adam müxtəlif xəsarətlər alır.

Təşkilat hakimiyyətdən tələb edir edir ki, yol hərəkətinin təhlükəsizliyinə ciddi diqqət yetirsin və aqressiv sürücülərə qarşı barışmaz olsun.

Günün bütün mövzuları

XS
SM
MD
LG