Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:56

Fransa prezident seçkisinin ikinci turunda Macron və Le Pen üzləşəcəklər


Emmanuel Macron (solda) və Marine Le Pen
Emmanuel Macron (solda) və Marine Le Pen

Aprelin 23-də Fransada prezident seçkisinin birinci raundu başlanıb. Bu seçki ölkənin geosiyasi status-kvosu, Avropa Birliyinin gələcəyi və Qərbin Rusiyayla münasibətlərinə təsir baxımından vacib sayılır.

Fransada prezident seçkisinin birinci turunun yekunlarına görə mərkəzçi Emmanuel Macron və ifrat sağçı Marine Le səslərin çoxunu qazanaraq seçkinin mayın 7-də keçiriləcək 2-ci turuna keçiblər.

Avropa İttifaqının qızğın müdafiəçisi, keçmiş iqtisadiyyat naziri və bankir Macron-un səslərin 24 faizinə sahib olduğu xəbər verilir.

Marine Le Pen səslərin 22 faizini toplaya bilib.

Bu arada Ipsos-Sopra Steria və Harris Interactive rəy sorğusu bürolarının məlumatında deyilir ki, ikinci tur bugün keçirilsə idi, Macron səslərin 62-64, Le Pen isə 36-38 faizini qazanardı.

Antimühacir və anti-Avropa şüarları irəli sürən Le Pen hakimiyyətə gələrsə, ölkəsinin Avropa İttifaqından çıxacağını elan etmişdi.

Rusiyanın dövlət telekanalları bu seçkinin işıqlandırlmasında məhz xanım Le Pen-ə üstünlük verdiklərini gizlətmirlər. Rusiya mediası Macron-u kəskin tənqid edir. Macron Avropa İttifaqının gücləndirilməsinə və Rusiya üzərindəki sanksiyaların saxlanmasına tərəfdar olduğunu bildirib.

Seçkinin birinci turunda məğlubiyyətini qəbul etmiş namizədlər - sosialist Benoit Hamon və mühafizəkar millət vəkili Francois Baroin təəfdarlarını Macronu dəstəkləməyə çağırıblar.

İlkin mıəlumatlara görə Fransois Fillon və ifrat solçu Jean-Luc Melenchon səslərin 20 faizini qazanıblar. Bu rəqəm doğrularsa, onların heç biri ikinci tura keçə bilməyəcək.

Son xəbərlərə görə Francois Fillon da məğlubiyyətini qəbul etdikdən sonra tərəfdarlarını Macronu dəstəkləməyə çağırıb.

O deyib ki, ən başlıca vəzifə ifrart sağçıların hakimiyyətə gəlməsinin qarşısını almaqdır.

ABŞ-da Donald Trump-ın qələbəsindən və Britaniyanın Avropa İttifaqından çıxmaq qərarından sonra Avropa rəsmiləri Fransa seçkisini həyəcanla izləyirlər.

Seçici fəallığı yüksəkdir

Fransa Daxili İşlər Nazirliyi-nin məlumatına görə, yerli vaxtla saat 17:00-dək prezident seçkisində 69,4 faiz seçici iştirak edib.

Bu 2012-ci il seçkilərilə müqaisə də çox da fərqlənmir.

Həmin vaxt bu müddət ərzində 70,6 faiz seçici səs vermişdi.

Parisdə prezident seçkisi
Parisdə prezident seçkisi

***

Fransada prezidentliyə digər namizədlər Marine Le Pen, Francois Fillen və Jean-Luc Melenchon da artıq səs veriblər.

Marine Le Pen Enen-Bomon şəhərində səs verib.

O, 2007-ci ildə bu şəhərdən deputat seçilib.

Jean-Luc Melenchon-la Francois Fillen isə Parisdə səs veriblər.

Fransa prezidentliyinə digər namizədlər Marine Le Pen, Francois Fillen və Jean-Luc Melenchon səs verirlər
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Seçkidə 5 illik prezidentlik müddətini başa vuran indiki prezident Fransois Hollande-də səs verib və Tyul şəhərində səsvermədən sonra namizəd olmamasından təəssüf bildirib.

Daxili işlər nazirliyi birinci turda seçici fəallığının təxminən 2012-ci illə eyni olduğunu bəyan edib, bu yüksək sayılır.

Nazirliyin məlumatına görə günün birinci yarısınadək seçkidə 28,54 faiz seçici iştirak edib. 2012-ci ildə isə bu vaxtadək 28,29 faiz seçici səs verib.

Şərhçilər hesab edir ki, seçici fəallığının aşağı olması qatı sağçı namizəd Marine Le Penin xeyrinə olardı.

Başqa bir məlumata görə isə Fransanın şərqindəki Bezansone seçki məntəqəsinin ətrafında şübhəli maşın aşkar edildiyinə görə, seçicilər evakuasiya edilib.

Amma bir müddət sonra məntəqədə səsvermə bərpa edilib.

***

Pransa prezidentliyinə mərkəzçi namizəd Emmanuel Makron və həyat yoldaşı Brigitte Trogneux aprelin 23-də Le Tuke şəhərindəki seçki məntəqələrindən birində səs veriblər.

Fransa prezidentliyə namizəd Emmanuel Macron səs verir
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Onların dostları xanım Brigitte-ni Makronun çılğın müdafiəçisi, dayağı hesab edirlər.

Rəy sorğuları Macronun, əsas rəqibi Marine Le Pendən cüzi irəlidə olduğunu göstərir.

Amma onun seçkinin ikinci mərhələsində qələbə çalacağı gözlənilir.

Reuters yazır ki, onun qələbəsi Avropada populizmə zərbə və Avrozonanın möhkəmlənməsinə səbəb ola bilər.

***

60 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 8-də açılıb.

TERRORÇULUQLA MÜBARİZƏ MƏSƏLƏSİ

Seçkidən cəmi bir neçə gün öncə Parisdə polis əməkdaşı öldürülüb. Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) ekstremist qruplaşması üzərinə götürüb.

Buna da bax:​ Fransa prezidentliyinə namizədlər Qarabağdan danışıblar

Beləliklə də terrorçuluqla mübarizə və təhlükəsizlik 11 namizədin mübarizə apardığı seçki kampaniyasının son günlərində bir daha önə çıxıb.

Bütün ölkə ərazisində seçicilərin qorunması məqsədiylə 50 min polis və 7 min əsgər səfərbər olunub. 2015-ci ildən bəri üst-üstə 230 nəfərdən çox insanın həyatına son qoymuş terror hücumlarından sonra ölkədə fövqəladə rejim də qüvvədədir.

Fransada parlament seçkiləri öncəsi.
Fransada parlament seçkiləri öncəsi.

Rəy sorğuları mərkəzçi Emmanuel Macron və ifrat sağçı Marine Le Pen-in seçkinin birinci raundunda öndə gedəcəyini göstərib. Mühafizəkar Francois Fillon və ifrat solçu namizəd Jean-Luc Melenchon-un da mayın 7-nə planlaşdırılan ikinci raunda düşmək şanslarının olduğu vurğulanır.

Buna da bax: Fransa prezidentliyinə namizədin seçki qərərgahı yandırılıb

SİYASİ XAL

Amma elektoratın dörddə birinin mövqeyini hələ dəqiqləşdirmədiyi də qeyd olunur.

Müşahidəçilərin fikrincə, aprelin 20-də polis əməkdaşının qətlindən sonra təhlükəsizlik və terrorçuluqla bağlı sərt tədbirlər təklif edən namizədlərin şansı yüksəlib.

Fransada parlament seçkilərində əsas namizədlər
Fransada parlament seçkilərində əsas namizədlər

Həmin hücumdan sonra Le Pen özünün ölkəni islamçı ekstremistlərdən qoruya biləcək yeganə namizəd olduğunu deyib. Tənqidçilər Milli Cəbhə partiyasının 48 yaşlı liderini həmin hücumdan siyasi xal qazanmaq cəhdində suçlayıblar.

Buna da bax:​ Fransa prezidentliyinə namizəd deputat toxunulmazlığından məhrum edildi

Le Pen-in və onun sərt antiimmiqrasiya və anti-Avropa Birliyi baxışları Qərb dünyasında təcridçi əhvalın yüksəlməsinə xidmət edər. Məhz həmin ritorikanın Donald Trump-ın ABŞ prezidenti seçilməsində rolu olub, Böyük Britaniya isə Brexit referendumunda AB-dən çıxmağa səs verib.

RUSİYA AMİLİ

Fransa NATO-nun aparıcı üzvlərindəndir. Avropa Birliyinin vahid qurum kimi qalmasında əsas sütunlardan sayılır. Rusiyaya Ukraynanın Krım vilayətinin ilhaqına görə qoyulan sanksiyalarda da bu vəhdətsiz keçinmək olmazdı.

Buna da bax:​ Fillon: "İmamların hazırlanması ciddi nəzarətə götürülməlidir"

Ancaq Trump kimi, Le Pen də Rusiya prezidenti Vladimir Putin-dən sevgiylə danışır, sanksiyaların qaldırılmasını dəstəkləyir. Ötən ay Moskvada Putin-lə görüşdən sonra o, AB-nin «qırğı baxış»ını tənqid edib.

Marine Le Pen və Vladimir Putin. Moskva, 24 march, 2017
Marine Le Pen və Vladimir Putin. Moskva, 24 march, 2017

Əksər rəy sorğuları Le Pen-in birinci raundda Macron-dan sonra gələcəyini göstərir. Elə ikinci mərhələdə də onun AB-ni dəstəkləyən keçmiş iqtisadiyyat nazirini qabaqlaya bilməyəcəyi görünür.

Macron Rusiyayla bağlı sərt mövqe tutur, AB-nin sanksiyalarını dəstəkləyir. O, Kremli özünün seçki kampaniyasına kiber hücumların arxasında durmaqda suçlayır. Rusiya isə Fransa seçkilərinə müdaxiləsi barədə deyilənləri rədd edir.

Buna da bax: Fransızlar Rusiyanı seçkiyə müdaxilədə günahlandırır

Keçmiş baş nazir Fillon Rusiyayla münasibətlərin yaxşılaşdırılması tərəfdarıdır. Amma ona qarşı da korrupsiya və nepotizm iddiaları var.

Seçkinin ilkin nəticələrinin aprelin 23-də, yerli vaxtla axşam 8 civarında açıqlanacağı gözlənilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG