Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:10

Fillon: "İmamların hazırlanması ciddi nəzarətə götürülməlidir"


Francois Fillon
Francois Fillon

Fransa prezidentliyinə namizəd Francois Fillon ölkədə islam üzərində kəskin nəzarət tətbiq etməyə çağırıb.

“Hesab edirəm ki, Fransada müsəlman dini üzərində mütləq ciddi dövlət nəzarəti olmalıdır. Həmçinin Fransadakı islam mərkəzlərinin xaricdən maliyyələşdirilməsi və imamların hazırlanmasına ciddi nəzarət tətbiq edilməlidir”, deyə Fillon bildirib.

TASS-ın martın 30-da yaydığı məlumatına görə prezidentliyə namizəd bunu RTL radiosuna müsahibəsində deyib.

Francois Fillon hesab edir ki, fundamentalist ənənələrin güclənməsi islamda ciddi problemə çevrilib və bu Avropa regionunun ənənələrinə zərbə vurur.

Fillon qeyd edib ki, din üzərində nəzarət, onun ölkəsi üçün elə bir qeyri-adi şey deyil.

“Fransa hakimiyyəti artıq katolikləri, o cümlədən də digər dinləri Fransa Respublikasının dəyərlərinə hörmətlə yanaşmağa məcbur edən tədbirlər qəbul edib. Xüsusilə Napalyon Bonapart bu məqsədlə 19-cu əsrdə iudaizmlə bağlı məsələləri tənzimləmək üçün Fransada konsistoriya ( inzibati və məhkəmə hüququna malik ruhani idarə) yaradıb” deyə Fillon bildirib.

Qeyd edək ki, Fransada prezident seçkisi iki mərhələdə keçiriləcək.

Birinci mərhələ aprelin 23-də, sonuncu-həlledici mərhələ isə mayın 7-də keçiriləcək.

Amma Francois Fillon seçki ərəfəsində ölkəsində korrupsiya qalmaqalı ilə üzləşib.

Hazərda onun həyat yoldaşına qarşı dövlət vəsaitlərindən sui-istifadə ittihamıyla rəsmi istintaq aparılır.

Bundan əvvəlsə Fillon-un özünə qarşı təhqiqat başlanıb. İddialara görə, o, həyat yoldaşı Penelope və övladlarına görmədikləri işə görə dövlət vəsaitindən maaş kimi yüz minlərlə avro ödəyib.

Penelope Fillon dövlət vəsaitindən sui-istifadədə əlbir olmaqda və bir sıra başqa cinayətlərdə şübhəli bilinir.

Keçmiş baş nazir, "Respublikaçılar" partiyasından prezidentliyə namizəd Fillon ittihamları rədd edir.

O, bu yaxınlaradək seçki kampaniyasının favoriti idi. İndi isə ifrat sağçı Milli Cəbhə lideri Marine Le Pen və mərkəzçi Emmanuel Macron-dan geri qalır.

İlk dəfədir ki, Fransada prezidentliyə namizədlərə qarşı rəsmi istintaq gedir.

Marine Le Pen
Marine Le Pen

Ptezidentliyə digər namizəd Milli Cəbhə partiyasınınlideri Marine Le Pen də eyni vəziyyətlə üzləşib.

O, hətta bu yaxınlarda Avropa Parlamentinin deputatı kimi toxunulmazlıqdan məhrum edilib.

Qeyd edək ki, Francois Fillon və Marine Le Pen millətçiliklə yanaşı həm də rusiyapərəst siyasətçilər kimi tanınırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG