Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 15:03

Fransızlar Rusiyanı seçkiyə müdaxilədə günahlandırır


Emmanuel Macron

Fransada prezidentliyə namizədlərdən Emmanuel Macron-un partiyası Rusiyanın seçki prosesinə müdaxilə etdiyini bildirir. Partiyanın sədri Richard Ferrand deyib ki, E.Macron həm Rusiya mətbuatında, həm də internetdə hücumlara məruz qalır. Məqsəd də onun Moskvaya meylli rəqiblərinə yardım etməkdir. Fransada ilk dəfədir ki, Rusiyanı seçkiyə müdaxilədə belə birbaşa ittiham edirlər.

R.Ferrand deyib ki, Moskvanı ifrat sağçıların lideri Marine Le Pen və mərkəz-sağçıların lideri Francois Fillon-un siyasəti qane edir, ona görə də Rusiya prosesə qarışmağa, onlardan birinin qələbəsini təmin etməyə çalışır. R.Ferrand hökuməti xarici müdaxiləni önləmək yönündə addım atmağa çağırır.

«Amerikalılar bunu gördülər, amma görəndə çox gec oldu», - deyən R.Ferrand Avropa Birliyinə tərəf olduğuna görə Rusiyanın «Sputnik» və «Russia Today» kanallarının onları hədəfə çevirdiyini, onların haqqında saxta məlumatlar yaydığını vurğulayıb.

Rus mətbuatı E.Macron-u «ABŞ-ın marioneti» adlandırıb.

Fransada prezident seçkisi mayın 7-də keçirilməlidir. Müşahidəçilər mərkəzçi E.Macron-un Rusiyanın Ukrayna siyasətini müdafiə edən namizədə--M.L.Pen-ə qalib gələcəyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG