Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

Fransa prezidentliyinə namizəd deputat toxunulmazlığından məhrum edildi


Marine Le Pen

Avropa Parlamenti Fransa prezidentliyinə namizəd, “Milli cəbhə” partiyasının lideri Marine Le Peni deputat toxunulmazlığından məhrum edib.

Bu barədə martın 2-də AzadlıqRadiosu və digər informasiya agentlikləri məlumat yayıb.

Onun deputat toxunulmazlığından məhrum edilməsini Fransa prokurorluğu istəmişdi.

Buna səbəb onun özünün Tvitter səhifəsində “İslam Dövləti” yaraqlılarına məxsus fotoları yayması olub.

Söhbət , Marine Le Penin 2015-ci ildə Tvitterdə amerikalı jurnalist James Foley-nin öldürülməsi də daxil olmaqla İslamçıların edam fotolarını yaymasından gedir.

Marine Le Pen bununla, bu təhlükə ilə mübarizədə birləşməyə çağırsa da bir sıra hüquqşünaslar bunu zorakılığın təbliği kimi qiymətləndirirlər.

Avropa Parlamentində səsvermə
Avropa Parlamentində səsvermə

Amma Marine Le Pen deputat toxunulmazlığından istifadə edərək prokurorluğun çağırışına məhəl qoymayıb.

Qeyd edək ki, Avropa Parlamentinin hüquq məsələləri üzrə komitəsi bundan əvvəl onun deputat toxunulmazlığından məhrum edilməsinə səs vermişdi.

Marine Le Pen bu ittihamın siyasi motivli olduğunu bildirib və qeyd edib ki, Fransa hakimiyyəti siyasi məqsədlərinə çatmaq üçün məhkəmə sistemindən istifadə edir.

Hazırda Marine Le Penin həmçinin Avropa Birliyinə ayrılmış vəsaitdən düzgün istifadə etməməsi ilə bağlı da araşdırma aparılır.

O, cangüdəni və rəfiqəsinə yalandan maaş yazmaqda şübhəli bilinir.

Fransada növbəti prezident seçkisi aprelin 23-ə təyin edilib.

Rəy sorğularına görə Marine Le Pen seçkinin birinci mərhələsində qalib gəlsə də ikinci mərhələdə uduzacaq.

Prezidentliyə digər namizəd də maliyyə pozuntusunda günahlandırılır. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG