Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:57

Fransa prezidentliyinə namizəd Fillona qarşı rəsmi ittiham irəli sürüləcək


Francois Fillon və Penelope Fillon

Maliyə pozuntusu qalmaqalı ilə üzləşən Fransa prezidentliyinə namizəd Francios Fillon mübarizədən çəkilmək fikrində olmadığını dbildirib.

AzadlıqRadiosunun martın 1-də kütləvi informasiya vasitələrinə (KİV) istinadla verdiyi məlumata görə,Fillon Parisdəki seçki qərərgahında keçiridiyi mətbuat konfransında ona qarşı irəli sürülən ittihamı “siyasi qətl” adlandırıb.

Fillon həmçinin martın 15-də məhkəmə qarşısında dayanacağını bildirib.

Həmin prosesdə ona qarşı dövlət əmlakını oğurlamaqla bağlı rəsmi ittiham irəli sürülməlidir.

Elə həmin gün, bir qədər əvvəl Fillonun həyat yoldaşı Penelope-nin də eyni işlə bağlı saxlanması və dindirilməsi barədə KİV-lərdə məlumat yayılıb.

--

Fransa prezidentliyinə namizəd Fransua Fiyonun həyat yoldaşı Penelop Fiyon saxlanıb.

Onun maliyyə pozuntusu ilə bağlı ifadə verdiyi bildirilir.

Bu barədə martın 1-də Reuters agentliyi xəbər yayıb.

Fransanın “Mediapart” nəşri də özünün Tvitter hesabında belə bir məlumat yayıb.

Qeyd edək ki, ötən ay prokurorluq Penolepe Fillon barəsində istintaq işinə başlandığını bəyan eləmişdi.

“Le Canard Enchaine” qəzetində gedən yazıdan sonra Francois və Penelope Fillonlar korrupsiya qalmaqalı ilə bağlı diqqət mərkəzinə düşüblər.

Qəzetin yazdığına görə, Penelope Fillon bir neçə il Fransa parlamentinin aşağı palatasında həyat yoldaşının köməkçisi işləyib, amma faktiki olaraq heç bir öhtəliyi olmayıb.

Məlumata görə Penelope bu müddət ərzində ümumilikdə təxminən 500 min avro maaş alıb.

Fillon bundan əvvəl bildirmişdi ki, ona qarşı rəsmi ittiham irəli sürülsə namizədliyini geri götürəcək.

Bu qalmaqal siyasətçinin reytinqinə ciddi ziyan vurub.

O, seçkiqabağı kampaniyalarda ən nüfuzlu namizədlərdən biri idi.

Aprelin 23-də Fransada növbəti prezident seçkisi mkeçiriləcək. Buna da bax.

Günün bütün mövzuları

XS
SM
MD
LG