Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:27

Fransada növbəti siyasi qalmaqal


 Marechal-Le Pen
Marechal-Le Pen

Fransa polisi prezidentliyə namizəd Marine Le Penin cangüdəni və onun rəhbərlik etdiyi “Milli cəbhə” partiyasının qərargah rəhbərini saxlayıb.

Reuters və CNN-nin məlumatına görə, Thierry Legier və Catherine Griset polisdə ifadə verirlər.

Onlar Avropa Birliyinin deputat köməkçiləri üçün ayrdığı vəsaitdən düzgün istifadə edilməməsi ilə bağlı istintaq çərçivəsində saxlanıblar.

Vəkil bunun manipulyasiya olduğunu və “Milli cəbhə” partiyasının seçkiqabağı kampaniyasının pozulmasına yönəldiyini deyir.

Bundan əvvəl eyni qalmaqalla bağlı partiyanın qərərgahında da axtarış aparılıb.

Son rəy sorğularına görə, aprelin 23-də keçiriləcək sçkinin birinci mərhələsində 26 faqiz səslə Marine Le Pen qalib gələcək.

İkinci yerdə 22 faiz səslə müstəqil namizəd Emmanuel Makron, 3-cü yerdə isə 21 faiz səslə mühavizəkar namizəd Fransua Fiyon gələcək.

Amma Makronla Fiyonun mayın 7-də keçiriləcək ikinci mərhələdə Le Penə qalib gələcəkləri gözlənilir.

Onu da qeyd edək ki, Fiyon da sekiqabağı böyük korrupsiya qalmaqalı ilə üzləşib.

Francois Fillon
Francois Fillon

Yanvarın 31-də Fransa parlamentinin aşağı palatasında onun həyat yoldaşı ilə bağlı istintaq çərçivəsində axtarış aparılıb.

Məlumatlara görə, Penelopa Fiyon həyat yoldaşı Fransua Fiyonun köməkçisi kimi 1998-2002-ci illərdə maaş alıb ki, bu pullar da deputatlar üçün nəzərdə tutulubmuş.

Bəzi məlumatlara görə, söhbət təxminən 500 min avrodan gedir.

Bu qalmaqaldan sonra onun reytinqi düşməyə başlayıb.

Onu da qeyd edək ki, Fransua Fiyonla Marin Le Pen rusiyapərəst siyasətçilər hesab olunurlar.

Qeyd edək ki, fevralın 22-də Fransada prezidentliyə yeni namizəd peyda olacağı gözlənilirdi.

Onun mərkəzçi “Demokratik hərəkat” partiyasının lideri Fransua Bayru (Francois Bayrou) olduğu bildirilirdi. Amma son məlumata görə, Bayru bundan imtina edib və seçkidə Emmanuel Makronu dəstəkləyəcəyini bəyan edib.

Francois Bayrou
Francois Bayrou

O, bundan əvvəl də 3 prezident seçkisində mübarizə aparıb.

Kütləvi informasiya vasitələri bundan əvvəl Bayrunun Emmanuel Makronun mövqeini ciddi zəiflədə biləcəyini yazırdılar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG