Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 13:50

Fransa prezidentliyinə namizədlər Qarabağdan danışıblar


Marine Le Pen

Fransa prezidentliyinə namizəd Marine Le Pen hesab edir ki, Dağlıq Qarabağ probleminin yaxşı həlli onun Ermənistana birləşdirilməsidir.

Ermənistanın İctimai Radiosunun (armradio.am) yaydığı məlumata görə, “Milli cəbhə” partiyasının namizədi bunu münaqişənin həlli ilə bağlı Nouvelles d’Armenie saytına müsahibəsində deyib.

Marine Le Pen hesab edir ki, keçmiş SSSR-i sərhədləri beynəlxalq aləm tərəfindən həddən artıq tez tanınıb və yaxşı olardı ki, Ermənistanla Azərbaycan “Qarabağın Ermənistana birləşdirilməsində” razıığa gələrdilər.

Ermənilərin Osmanlı imperiyası dövründə “soyqırımına” məruz qaldıqlarına gəldikdə isə Marine Le Pen deyib ki, bu, bütün dünya ölkələri tərəfindən tanınmalı və Türkiyə nəhayət tarixindəki bu səhifəyə yenidən baxmalıdır.

Mənbə yazır ki, Fransa prezidentliyinə “Respublikaçılar Partiyası” dan digər namizəd Francois Fillon-da bundan əvvəl eyni mənbəə müsahibəsində ötən ilin aprelində Dağlıq Qarabağdakı təmas xəttində gedən bir neçə günlük döyüşlərdən danışıb.

Francois Fillon
Francois Fillon

Onun sözlərinə görə, münaqişə faktiki “Stalin Qarabağı Ermənistandan qopararaq Azərbaycana verdikdən sonra başlayıb”.

TASS-ın aprelin 20-də yazdığına görə isə Fillon Krımın da Rusiyanın əzəli torpağı olduğunu deyib.

O bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi məsələsinə baxanda xalqların öz müqəddaratını təyin etmə hüququnu yada salmaq lazımdır.

Fransada prezident seçkisi iki mərhələdə- aprelin 23 və mayın 7-də keçiriləcək.

Aprelin 13-də keçirilən son rəy sorğusuna görə seçkinin birinci mərhələsində Le Pen liderlik edir, rəyi soruşulanların 24 faizi ona səs verəcəklərini deyirlər.

Onun əsas rəqibi -müstəqil namizəd Emmanuel Macron isə ondan cəmi 1 faiz geridə qala bilər.

Emmanuel Macron

Amma seçkinin ikinci mərhələsində Macronun Marine Le Pen üzərində 63 faiz səslə qəti qələbə çalaçağı gözlənilir.

Le Penin ikinci mərhələdə 37 faiz səs toplayacağı proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG