Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 13:02

Ermənistanda ekoloji-turizm festivalı başlayır


arxiv foto

7-8 iyulda Ermənistanın Vayoçdzor vilayətində, Artavan kəndində II Ekoloji Turizm festivalı başlayır. Bu haqda "Novosti Armeniya" saytı xəbər yayıb.

Festivalın proqramına velosiped turu, gəzinti, səmaya teleskopla baxış, yoqa və bir çox digər məşğuliyyətlər daxildir.

Festivalın keçiriləcəyi məkanda yerli məhsulların satılacağı povilyonlar qurulacaq. Jermuk İnkişaf Mərkəzinin rəhbəri Vazqen Qalstyan deyir ki, bu ilki festivalda komandalar "Xəzinə axtaracaqlar".

Bu cür festivallar yerli adət-ənənələri qorumaq, mədəniyyətlərarası mübadilə, eləcə də Ermənistanın beynəlxaql turizm bazarına fərqli çıxışı sayılır. Ermənistanın İqtisadi İnkişaf nazirliyinin turizmə investisiyalar Dövlət Komitəsinin sədr müavini Mexak Apresyan bu fikirdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG