Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Bank, yoxsa döşəyin altı?


dollar manat
dollar manat

Nazir Sahil Babayev prezidentin “inqilabi addımlarından” yazır

İyulun 5-də “Azərbaycan” qəzetində əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev məqalə ilə çıxış edib: “Prezidentin sosial islahatlar paketi vətəndaş rifahı naminə atılan inqilabi addımdır”.

Nazir yazır ki, prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır, bu baxımdan dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması vətəndaş rifahı naminə atılan mühüm addımdır.

Sahil Babayev 2003-cü ildən bəri əməkhaqlarının 7,5 dəfə, pensiyaların 10 dəfədən çox, həssas qruplara yönələn müavinət və təqaüdlərin dəfələrlə artırıldığını, yoxsulluğun 5 faizə endiyini bildirir.

Onun yazdığına görə, dövlət başçısının bu il ərzində təqdim etdiyi iki sosial paket ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca “inqilabi xarakterli addımlar”ın atılmasını təmin edib.

Sahil Babayev deyir ki, dövlət başçısının bu ilin ilk aylarında təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb, həmin artımlardan 830 min insan yararlanır.

Həmçinin aprelin 1-dən 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlərin, 9 kateqoriyaya aid şəxslər üzrə isə prezidentin aylıq təqaüdlərinin məbləğin orta hesabla 100 faiz artırıldığı qeyd edilir.

Nazir yazır ki, ilin ilk rübündə artımların təmin edilməsi üçün dövlətin əlavə olaraq illik 1,9 milyard manat maliyyə yükünü üzərinə götürdüyü birinci sosial paket 3 milyona yaxın insanın rifahına mühüm dəstəkdir və bu, cəmiyyət tərəfindən yüksək dəyərləndirilir.

Müəllif deyir ki, minimum əməkhaqqının artımı 950 min nəfərin (muzdla çalışanların azı 63 faizini) maaşlarının artımına səbəb olacaq ki, onlardan da 600 mini dövlət, 350 mini qeyri-dövlət sektorunda çalışanlardır.

“Bütün qeyd edilənlər prezident İlham Əliyevin sosial islahatlar proqramı nəticəsində Azərbaycanın sosial inkişafında davamlı irəliləyişlərlə xarakterizə olunan yeni keyfiyyət mərhələsinə keçildiyini göstərir və ölkəmizdə sosial firəvanlığın təminatı istiqamətində mühüm addımların gələcəkdə də davam edəcəyinə əminlik yaradır”, - nazir Sahil Babayev məqaləni bu sözlərlə bitirir.

“Fondun eblə qərar verməsi provakasiyadır”

“Yeni Sabah.az” yazır: “Fondun belə qərar verməsi provakasiyadır” – Banklara etibar niyə öldürülür?”

“Əmanətlərin Sığortalanması Fondu banklarda əhalinin yerləşdirdiyi əmanətlərin 90%-nin öhdəliyini öz üzərinə götürmür”, - iqtisadçı-eskpert Nemət Əliyev danışarkən belə deyir.

Fondun qorunan əmanətlərin yuxarı həddini 10% müəyyən etməsi haqda qərarı şərh edən iqtisadçı bildirir ki, bu qurum insanların banklara inamını qazanmaq üçün yaradılmışdı: “İnsanlar haqlı olaraq, kütləvi şəkildə öz əmanətlərini bank sektorundan geri çəkməyə başladı, əhalinin banklara inamı kəskin şəkildə azalmışdı. Bunu bərpa etmək lazım idi. Buna görə belə bir Fond yaradıldı. Fond isə insanlara müraciət etdi ki, “Siz narahat olmayın, gətirib əmanətlərinizi yerləşdirin, biz onu vaxtında sizə olduğu kimi qaytaracağıq”.

Ekspertin qənaətincə, paradoksal vəziyyət yaranıb - əhalini sakitləşdirdilər, indisə öz funksiyalarını yerinə yetirməkdən boyun qaçırırlar: “Həmçinin dövlət büdcəsindən bu Fonda böyük vəsait ayrılır. İndi nə oldu? Sən elə sanırsan ki, əhalinin etimadını qazandın, özünü doğrultdun, belə edirsən?”

N.Əliyev hesab edir ki, banklardakı əmanətlərin həcmi nəzərdən keçirilərsə 2014-cü ildən bu yana kəskin azalma olduğu görünər. O, 2014-cü ilin sonlarına doğru banklara 9 milyard dollar həcmində əmanət yerləşdirildiyi halda, 2019-cu ildə bu məbləğin təxminən 2 dəfə azaldığını, 4,5 milyard dollara düşdüyünü qeyd edir.

İqtisadçı hesab edir ki, Fondun son addımı provokasiya xarakteri daşıyır: “...yatmışları da oyadır ki, “baxın mən imtina etdim”. Mən bu addımı təqdir etmirəm, bu yanlış addımdır. Bu əhali arasında böyük təşviş yaradacaq. İnsanların banklara olan inamı yenidən sarsılacaq”.

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2019-cu il iyulun 1-dən üzv banklara əmanətlərin yuxarı həddini manatla illik 15 faiz yox, 10 faiz, xarici valyuta ilə isə 3 faiz yox, 2,5 faiz həddində qəbul etmək qərarı verib. Vətəndaş banklara göstərilən limitdən yuxarı həddə əmanət qoyduqda o, qorunmuş sayılmayacaq.

“Rəsulzadəyə mütləq abidə qoyulacaq, əksi, qeyri-mümkündür”

“Modern.az”-ın məqaləsi belə adlanır.

Sayt Bakı Şəhər İcra Hakmiyyətinə Rəsulzadəyə abidə qoyulması ilə bağlı sorğu göndərib və onlara belə cavab verilib: “Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb”.

“Modern.az” hesab edir ki, bu cavabdan sonra Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə icra hakimiyyətinə müraciət etməlidir.

Sayta danışan Rəis Rəsulzadəsə deyir ki, babasına heykəl qoyulması, abidə ucladılması üçün neçə illərdir davamlı müraciətlər edilir.

“27 ildir tək mən yox, eləcə də ictimaiyyət Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün müraciət edir. Ona görə də məsələ aydındır. Mən demirəm istəyirlər, istəmirlər. Amma əminəm ki, mütləq babama abidə qoyulacaq, bu, onun haqqıdır. Əksi qeyri-mümkündür”.

R.Rəsulzadə bəzi hallarda babası haqqında təhriflərə yol verildiyini dilə gətirir: “Çox vaxt babam haqqında danışarkən “Cümhuriyyətin qurucularından biri” beyirlər. M.Ə.Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur. Özü də ona heykəl də qoyulmalıdır, özü də tək, kollektiv şəkildə yox. Tarixi faktlar da, sənədlər də bunu sübut edir. Prezidentin sərəncamına əsasən, Dövlət Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçiriləndə, hamı çıxış edirdi, onu “quruculardan biri” kimi təqdim edirdilər. Mərhum Şirməmməd Hüseynov, Allah ona rəhmət eləsin, Rəsulzadənin əsas tədqiqatçılarındandır. O çıxış edəndə dedi ki, “Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, qurucusudur, bunu dilə gətirmək və qorxmaq lazım deyil. Bütün zal onu alqışladı”.

Nəvə hesab edir ki, Bakı Dövlət Universitetinin adı da Məhəmməd Əmin Rəsulzadənin adını daşımalıdır.

Azərbaycanda Rəsulzadənin üç yerdə abidəsi var. 1992-ci ildə Gəncədə Dəmiryol Parkında büstü, 1993-cü ildə Zaqatalanın mərkəzində heykəli qoyulub. Rəsulzadənin başqa bir heykəli isə doğulduğu Novxanı kəndindədir, o 1993-cü ildə heykəltəraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG