Keçid linkləri

2026, 23 May, şənbə, Bakı vaxtı 01:55

CHP-də 'məhkəmə çevrilişi': Müxalifət dövlətin nəzarətinə keçir, Türkiyə 'Yaxın Şərqləşir'


CHP-də 'məhkəmə çevrilişi': Müxalifət dövlətin nəzarətinə keçir, Türkiyə 'Yaxın Şərqləşir'
Gözlə

No media source currently available

0:00 0:06:21 0:00

Ankara Apellyasiya Məhkəməsi mayın 21-də CHP sədri Özgür Özeli rəhbərlikdən uzaqlaşdıraraq yerinə keçmiş sədr Kamal Kılıçdaroğlunu gətirib. Hadisəni şərh edən köşə yazarı Levent Gültekin Türkiyədə müxalifətin artıq dövlətin nəzarətində olan bir təsisata çevrildiyini vurğulayıb: "Kılıçdaroğlu CHP sədrliyindən getdikdən sonra partiya nəzarətdən çıxmağa başlamışdı. Bu prosesin qarşısını almaq üçün əvvəlki sədr geri gətirildi. Müxalifətin dövlət tərəfindən dizayn edilməsi isə seçkiləri və hakimiyyəti formalaşdırmaq təşəbbüsünü xalqın əlindən almaq deməkdir. Qısası, ortada bir ssenari var və bu, Türkiyəni Yaxın Şərq ölkəsinə çevirmək məqsədi daşıyır".

XS
SM
MD
LG