'Sizin məhbuslar, bizim silahlar' – Trampla Əliyev arasında 'Böyük razılaşma' olacaq?
ABŞ-nin Atlantik Şurası beyin mərkəzi Tramp administrasiyasına Azərbaycana silah satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, bunun müqabilində isə Bakının bir sıra siyasi məhbusu azadlığa buraxmasını təklif edir. Siyasi analitik Nahid Cəfərovun fikrincə, hazırda Azərbaycanda hakimiyyətə qarşı ciddi ictimai və media təzyiqi mövcud deyil. Ekspert vurğulayır ki, həbsdən buraxılması nəzərdə tutulan şəxslərin daxili siyasi proseslərə təsir imkanları, demək olar ki, sıfıra bərabərdir. Məhz bu səbəbdən Cəfərov hesab edir ki, Ağ ev "907-ci düzəliş"in tamamilə ləğvi müqabilində siyasi məhbus sayılan ictimai fəalların və media nümayəndələrinin azad edilməsinə asanlıqla nail ola bilər.
Arxiv
-
Avqust 24, 2026İran Tramp yolunda da 'Hörmüz böhranı' yarada bilər?
-
İyul 16, 2026Azərbaycan Avropa Şurasından çıxsa, ən çox kim itirəcək?