Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:46

Dolların düşməsi yaz bahalaşmasının qarşısını ala bilmədi


"Çəpər". Karikatura. Şerif.
"Çəpər". Karikatura. Şerif.

Ölkədə pambıqçılığın inkişafı, bazarlarda yeni bahalaşma və əmanətlərin qaytarılmasında yaranan problemlər bu gün medianın aparıcı mövzusudur...

Yeni bahalaşma

Yeni Müsavat” qəzetində “Yaz bahalanması başlandı” sərlövhəli məqalə oxumaq olar.

Yazıda ölkə bazarlarındakı növbəti bahalaşmanın səbəbləri ekspert Natiq Cəfərli ilə təhlil edilib.

Buna da bax:​ Deputat: “Süni qiymət artımı danılmazdır”

Müəllif yazır ki, dolların məzənnəsi nisbətən aşağı düşsə də ölkənin pərakəndə satış nöqtələrində məhsulların qiyməti ucuzlaşmır:

"Artım". Karikatura. Şerif.
"Artım". Karikatura. Şerif.

“Ancaq əvvəlki qiymətlə müqayisədə hər bir məhsulun qiymətində 20-30 qəpik bahalaşma müşahidə edilir. Məsələn, əvvəl 70 qəpiyə olan türk “peçenye”sı indi 1 manatadır.

Rusiyadan gələn məhsulların da qiymətində 20-30 qəpik bahalaşma var. Qatılaşdırılmış süd əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə satılır”.

Buna da bax:​ Kənd təsərrüfatı məhsulları bahalaşıb

Müəllif vurğulayır ki, kənd təsərrüfatı məhsullarının da qiymətində bahalaşma müşahidə olunur. Pomidor 4 manat 70 qəpik -5 manat, xiyar 2-3 manat arası, badımcan 2 manat 70 qəpik - 4 manat arası, bibər 5 manat, lobya 6 manat, alça 5-6 manat, çiyələk 6 manata satılır.

Müəllifin bildirməsinə görə, əvvəllər bahalaşmaya məhsulların dollarla alınması səbəb göstərilirdi. İndi isə satıcılar hər hansı bir izahat vermirlər.

İqtisadçı ekspert Natiq Cəfərli qəzetə deyib ki, bahalaşmanın iki səbəbi var:

“Bunun birinci səbəbi nə qədər qəribə səslənsə də, psixoloji amildir”

Buna da bax:​ Ekspert: ‘İlin sonuna dollar 1.90-1.95 manat olacaq’

Ekspert izah edir ki, bu gün manatla satılan məhsulun dəyərini geri almaq və bundan sonra onu valyutaya çevirmək müəyyən zaman alır.

N. Cəfərliyə görə, ikinci səbəb gömrükdə rəsmiləşmənin ciddiləşməsi ilə bağlıdır:

Natiq Cəfərli
Natiq Cəfərli

“Əvvəllər keçirilən malların müxtəlif vasitələrlə rəsmiləşdirilməsində problemlər var idi. Rəsmiləşdirmə həyata keçirilmirdi. İndi demək olar ki, Azərbaycana gətirilən bütün məhsulların rəsmi qaydada qeydiyyata alınması prosesi baş tutub. Bu da vergi rüsumlarının qiymətlərin üzərinə gəlməsinə səbəb olur. Bu nöqteyi-nəzərdən gömrükdə baş tutan rəsmiləşdirmə qiymət bahalaşmasına səbəb olan əsas faktorlardan birinə çevrilib”.

Buna da bax:​ Deputat: 'Bahalığı yalnız dollara bağlamaq mənasızdır'

Əmanətlərin qaytarılması problemə çevrilib

Novoye Vremya” qəzetində isə “Pul gözləməyin” sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif yazır ki ölkənin bank sistemində ağır durum hökm sürür. Bağlanan banklarda əmanətlərin verilməsində problemlər yaşanır.

Arxiv fotosu
Arxiv fotosu

Müəllif bildirir ki, yerli banklarda kapitallaşma yüksək səviyyədə deyil. Bəzi banklar bağlanmaq həddindədir və hökumətdən dəstək umurlar.

Yazıda Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadovun “Standartbank ”ın Kreditorlar Komitəsinin birinci iclasındakı çıxışından sitat da gətirilir:

Buna da bax: Əmanətlərdə faiz dərəcəsi azalıb, kreditlərdə artıb

“Fondda 700 milyon manatlıq borc var. Bu vəsaitləri banklardan almaq çətinləşib. Bütün bankların əmlakları girovdadır, bəzi bankların kredit portfelinin 80 - 90 faizi problemlidir. Fond vəsaitlərin qaytarılmasında heç də “Standartbank”ın kreditorlarından az maraqlı deyil”.

Müəllif yazır ki, müştərilərin kredit almaqdan ötrü əmlaklarını bankda girov qoyması başa düşüləndir. Amma bankların əmlaklarının girovda olması yeni-yeni üzə çıxır:

“Nə üçünsə bu indi aşkar olub. Nə ləğv edilən bankların təmsilçiləri, nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası bu haqda məlumat veriblər. Bir tərəfdən başa düşüləndir ki, onsuz da narahatlıq keçirən bank müştərilərini bir az da narahat etmək istəməyiblər. Digər tərəfdən isə onlar müştəriləri zərbə altında qoyublar”.

Buna da bax:​ Məhkəmələrdə kreditlərə görə 280 min iş var

Müəllif hesab edir ki, bankın əmlakının girovda olduğu bilinsəydi heç kəs onlara əmanət etibar etməzdi

Yazıda bildirilir ki, belə bir durum ləğv edilmiş bəzi banklarda da yaranıb .

Müəllif vurğulayır ki, banklara əvvəllər də xalqın etimadı yox idi. Bu informasiya ictimailəşəndən sonra etimad daha da azalıb:

“Hamını fakt qarşısında qoyan Fond işarə edib ki, bank müştəriləri pullarını gözləməsinlər. Hələ, müştərilər pullarını bağlanmayan banklardan kütləvi şəkildə çıxarmayıblar. Əgər, buna başlasalar çox bankların müflis olması qaçılmazdır”.

Pambıqçının xatirələri...

Azərbaycan” qəzetində dərc edilən “Pambıqçılığa maraq artıb ” sərlövhəli məqalədə Zərdab rayonunda pambıqçı Nübar Aslanovanın düşüncələrinə yer verilib.

Buna da bax: Daşınar əşya ipotekasının qeydiyyat rüsumu müəyyənləşdirilib

İlham Əliyev pambıq fermasında (arxiv fotosu)
İlham Əliyev pambıq fermasında (arxiv fotosu)

N. Aslanova xatırladıb ki, XX sərin 60, 70-ci illərində hamı, hətta kəndə gələn qonaq-qara belə pambıq yığımına cəlb edilirdi. Üstəlik, tələbələr belə təhsildən müvəqqəti ayrılır, pambıq yığımına göndərilirdi:

“Bir sözlə, pambıq yığımı dövründə sərt rejim olurdu, əsl inzibatçılıq başlayırdı və ömrümüzün sovet dövrünü belə yaşadıq. Doğrusu, etiraz etmək çətin idi, ittifaq səviyyəsində yarış keçirilirdi, adına sosializm yarışı deyirdilər”.

Keçmiş pambıqçı ötən illərin qazancını, itkilərini gözdən keçirəndə çox şeylərə təəssüf etdiyini, çox şeylərin qadağalar çərçivəsində itib-batdığını bildirir.

Buna da bax:​ Ekspert: 'Pambıqçılıq işsizlik problemini həll edən deyil'

N. Aslanova deyib ki, o zaman sərbəstliyə, müstəqil düşüncəyə sədd çəkir, məhdudiyyət qoyurdular:

“Bir mərkəzdən idarəetmə əlimizi-qolumuzu bağlamışdı, sərbəst təkliflərimiz heç vaxt nəzərə alınmırdı. Pambığın əkilməsindən yetişdirilməsinə qədər bütün əzab-əziyyəti biz çəksək də, faydasına, səmərəsinə şəriklər çox olurdu. Məhsulun sonrakı taleyindən xəbərimiz olmurdu... ”

Daha sonra yazıda bildirilir ki, ölkə rəhbərliyi bu il Azərbaycanda ən azı təqribən 250 min ton pambıq tədarükü nəzərdə tutur.

Buna da bax:​ Prezident: 'Biz nümunə göstəririk...'

Müəllif hesab edir ki, qeyri-neft sektorunda inkişafa nail olmaqdan ötrü, pambıqçılığa da diqqət artırılmalıdır.

XS
SM
MD
LG