Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:28

Prezident: 'Biz nümunə göstəririk...'


İ.Əliyev

«Azərbaycanda sabitlik təmin olunur. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir».

Prezident İlham Əliyev bu fikirləri martın 28-i Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

***Buna da bax-Prezident: 'Vətəndaşların pambıqçılığa çox böyük marağı yaranıb'

O qeyd edib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir: «İqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Biz bu nümunəni göstəririk və əlbəttə ki, bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Gələcək planlarımızın reallaşdırılması üçün bu, əsas amildir».

İ.Əliyev deyib ki, xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG