Keçid linkləri

2017, 28 İyun, çərşənbə, Bakı vaxtı 07:44

Əmanətlərdə faiz dərəcəsi azalıb, kreditlərdə artıb


Azərbaycan manatı

Azərbaycandakı kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi yanvar ayında azalıb.

Bu barədə hesabat açıqlayan Mərkəzi Bank göstərir ki, ötən dövrdə manat ekvivalentində əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 2016-cı il dekabr ayı ilə müqayisədə 0,31 bənd azalaraq 6,19 faiz olub.

Xarici valyutada əmanət və depozitlər üzrə noyabr ayında orta faiz dərəcəsi isə 0,26 bənd azalaraq 4,40 fazizə çatıb.

Kreditlər üzrə isə orta faiz dərəcələrində 0,28-0,30 faiz civarında artım müşahidə edilib. Əgər yanvar ayına qədər milli və xarici valyutada orta faiz dərəcəsi 12 və 8,60 faiz olubsa, yanvarda bu göstərici manatda 12,28 faiz və xarici valyutada 8,60 faiz təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG