Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 05:53

Kənd təsərrüfatı məhsulları bahalaşıb


Dövlət Statistika Komitəsi

2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsulları 10 faiz bahalaşıb.

Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.

DSK bildirir ki, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8.6, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 11.8 faiz artıb.

Açıqlanan bilgilərə görə, 2017-ci ilin fevralına nisbətdə isə martda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,3 faiz bahalaşıb.

NƏ BAHALAŞIB, NƏ UCUZLAŞIB

Son bir ayda bitkiçilik məhsullarından arpanın, buğdanın, almanın, fındığın istehsalçı qiymətinin ucuzlaşdığı bildirilir.

Şabalıdın, qozun, narın, lobya dəninin, balqabağın və baş sarımsağın qiymətində isə bahalaşma müşahidə edildiyi bildirilir.

DSK qeyd edir ki, mart ayında heyvandarlıq məhsullarından südün, mal, qoyun və quş ətinin istehsalçı qiyməti də qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG