Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 09:27

Etirazçılar COP30 sammitinin keçirildiyi məkana zorla daxil olublar [Video]


Etirazçılar Belemdə COP30-un keçirildiyi yerə daxil olurlar
Etirazçılar Belemdə COP30-un keçirildiyi yerə daxil olurlar

Braziliyada onlarla yerli (aborigen) etirazçı noyabrın 11-də COP30 iqlim sammitinin keçirildiyi məkana zorla daxil olub, təhlükəsizlik işçiləri arasında qarşıdurma yaranıb.

Etirazçılar iqlimlə bağlı tədbirlər görülməsini, meşələrin qorunmasını tələb edirlər.

COP30 Braziliyanın Amazon bölgəsindəki Belem şəhərində keçirilir.

Etirazçıların bəziləri torpaq hüquqları tələb ediblər, plakatlarda "Torpağımız satılmır" şüarı yazılıb.

"Pulu yeyə bilmərik", – Tupinamba icmasından Nato adlı lider "Reuters"ə deyib.

"Torpaqlarımızı aqrar biznesdən, neft hasilatından, qeyri-qanuni mədənçilərdən, ağac kəsənlərdən azad görmək istəyirik", – o əlavə edib.

İki təhlükəsizlik əməkdaşı yüngül xəsarət alıb. Etirazçıların əlindəki çubuqlar müsadirə olunub. Təhlükəsizlik işçiləri onları məkandan çıxarıb, girişdə masalarla baryer qurublar.

Toqquşmadan az sonra etirazçılar dağılışıblar. Bu arada sammitin keçirildiyi məkana doğru yüzlərlə etirazçı yürüş edib.

Etirazçılar Belemdə BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP30) keçirildiyi yerə daxil olurlar
Etirazçılar Belemdə BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP30) keçirildiyi yerə daxil olurlar

Braziliya prezidenti Luis İnasiu Lula da Silva builki COP30 danışıqlarında yerli icmaların əsas rol oynadığını vurğulayıb.

Həftənin əvvəlində onlarla yerli icma lideri danışıqlarda iştirak etmək, meşələrin idarə olunmasında daha çox söz sahibi olmaq tələbi ilə qayıqla Belemə gəliblər.

Ötən il COP29 sammiti Bakıda keçirilib.

XS
SM
MD
LG