Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:46

'Liman şəhərində balıqçılar yolu bağlayıblar'-Yenilənib


Balıqçı: “Problem həllini tapıb”

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman Şəhər İnzibati ərazi dairəsi-ndən bildirildiyinə görə, bu məsələ ilə bağlı etiraz edənlərlə söhbət aparılıb:

“5-6 nəfər çıxmışdılar, yolu bağlamayıblar.Polis müdaxilə etməyib, polis asayişi qurumalıdır.Onları başa salıblar, rəhbərlik tərəfindən qəbul olunublar.Pols tərəfindən saxlanan olmayıb.Orda belə bir hadisə olmayıb.”

Lənkəran şəhər Polis Şöbəsinin növbətçi hissəsindən isə bildirblər ki,onlarda aksiya barədə məlumat yoxdur .Üstəlik,növbətçi hissədən Daxili İşlər Nazirliyinin ( DİN) mətbuat xidmətinə müraciət etməyi məsləhət görüblər.Amma, hələlik, nazirliyin mətbuat xidməti ilə danımaq mümkün olmayıb.

Adının çəkilməsini istəməyən bir balıqçı isə Azadlıq Radiosuna deyib ki, artıq problem həllini tapıb.

***

Lənkəran rayonun bir qrup sakininin bu gün, fevralın 12-də, günorta saatlarında Liman şəhəri ərazisindən Sarı adaya gedən yeganə nəqliyyat yolunu təqribən 1 saat bağladıqları bildirilir.

Bu barədə Azadlıq Radiosuna adının çəkilməsini istəməyən bir neçə şəhər sakini məlumat verib. Həmin sakinlərin deməsinə görə, son zamanlar balıqçıların iqtisadi vəziyyəti ağırlaşıb.

“Etiraz edənlər balıqçılardır. Sarı adada yerləşən İkinci Nərimanabad qəsəbəsindən gəlmişdilər. Liman şəhərinin ərazisindən Sarı adaya gedən yolu kəsdilər” - deyə yerli sakinlərdən biri söyləyib.

Yol kənarında balıq satanlar
Yol kənarında balıq satanlar

“Balıq ovlamağa və satmağa inkan vermirlər”

Onların vurğulamasına görə, Sarı adada yaşayan sakinlərin əsas gəlir mənbəyi balıqçlıqdır.

“Balıq ovlamağa və satmağa inkan vermirlər.İlin bu vaxtında əsasən kütüm ovlayırlar və satırlar,mağazalara olan borclarını ödəyirlər. Qadağa qoyublar.Buna görə də kütüm balığının qiyməti kəskin bahalaşıb. Polislər gəldilər, yolu kəsənləri dağıtdılar, bir neçə nəfəri apardılar” - deyə həmin şəxs qeyd edib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa aidiyyatı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Şərhlər

XS
SM
MD
LG