Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:27

NATO və Rusiyanın hərbi rəhbərləri Bakıda görüşür [yenilənib]


 Petr Pavel və Russian General Staff Valery Gerasimov
Petr Pavel və Russian General Staff Valery Gerasimov

P.Pavel və V.Gerasimov Bakıda görüşüblər

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında bu gün, sentyabrın 7-si Bakıda görüş keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə Avropa və Yaxın Şərqdə təhlükəsizlik məsələləri müzakirə olunub, tərəflər kontaktları davam etdirməyə qərar veriblər.

"Valeri Gerasimov və Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşün gedişində tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər", - deyə məlumatda bildirilir.

Buna da bax:​ Ekspert: 'Postsovet məkanında ən keyfiyyətsiz Mülki Məcəllə bizdədir'

Məlumatda həmçinin vurğulanır ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib ki, planlaşdırılan "Qərb-2017" hərbi təlimləri müdafiə xarakterlidir.

Fransa ilə Almaniya Rusiya və Belarusun planlaşdırdığı bu hərbi təlimi tənqid ediblər.

"Qərb-2017" hərbi təlimləri sentyabrın 14-20 arası Belarus ərazisi və Rusiyanın qərbində keçirilməlidir.

Buna da bax: Nalbandian:"Həmsədrin bəyanatında təhlükəli heç nə yoxdur”

* * *

N. Sadıkov: “Rusiya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Bu gün, sentyabrın 7-də Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov rusiyalı həmkarı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, N.Sadıkov deyib ki, iki ölkə arasında əməkdaşlıq dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulub. Bu əlaqələr daim inkişaf edir və son illərdə strateji tərəfdaşlıq səviyyəsinə kimi yüksəlib.

Buna da bax:​ Rusiyanı sanksiyaları dəstəkləməyə çağırırlar

Nəcməddin Sadıkov
Nəcməddin Sadıkov

N.Sadıkov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını və onun beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Ordu generalı V.Gerasimov da əlaqələrin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib strateji tərəfdaşı olduğunu qeyd edib”, – məlumatda vurğulanır.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Buna da bax: NATO Rusiya və Belarusun manevrlərindən narahat deyil

* * *

Prezident: “Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə uğurlu əməkdaşlıq var”

Azərbaycan prezident İlham Əliyev bu gün, sentyabrın 7-si Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ən xəbərinə görə, dövləti başçısı bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsini məmnunluqla qarşılayıblar.

İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Buna da bax:​ Moldova prezidenti ölkə əsgərlərini NATO təlimlərinə buraxmayıb

O, qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir.

“Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq”, – deyə o, vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir, həm də ölkəsi ilə Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir.

Buna da bax: NATO-nun mobil qrupu Azərbaycanda təlim keçir

Valeri Gerasimov da öz növbəsində deyib ki, Rusiya ilə Azərbaycan bütün sahələrdə uğurlu əməkdaşlıq edir. O qeyd edib ki, Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.

* * *

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, çexiyalı general Petr Pavel Bakıda səfərdədir.

İlham Əliyev Rusiyanın hərbi liderini qəbul edib

Azərbaycan prezidentinin mətbuat xidməti xəbər veri ki, prezident İlham Əliyev bu gün Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşün detalları, hələlik, açıqlanmır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Buna da bax:​ Rusiyanın könüllü imtina etməli olduğu ərazilər hansılardır?

Məlumatda bildirilir ki, görüşdə Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq vəƏfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında danışılıb.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyətə də toxunulduğu bildirilir.

P.Pavel və V.Gerasimov Bakıda bir araya gələcək

NATO-nin press-relizində isə deyilir ki, alyansın və Rusiyanın hərbi liderlərinin bu gün, sentyabrın 7-də Bakıda görüşü planlaşdırılır. Görüşdə beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə ediləcəyi bildirilir.

Məlumatda həmçinin vurğulanır ki, P.Pavel və V.Gerasimov bu il martın 3-də telefonla müzakirələr aparıb. Bakı görüşü həmin müzakirələrin davamıdır.

Buna da bax:​ Brüssel Ermənistanla yeni razılaşma imzalamağa hazırlaşır

ABŞ və Rusiyanın hərbi liderləri fevralda Bakıda görüşmüşdü

Bundan öncə ABŞ və Rusiyanın hərbi liderləri Bakıda bir araya gəlmişdilər.

Bu il fevralın 16-da Bakıda Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi, general Joseph Dunford və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü keçirilmişdi.

Həmin görüş Heydər Əliyev Mərkəzində baş tutmuşdu.

İki hərbi liderin görüşündə hərbi fəaliyyət sahəsində təhlükəsizliyin möhkəmləndirilməsi, gərginliyin zəiflədilməsi və risqlərin azaldılması məsələlərinin müzakirə mövzusu olduğu bildirilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG