Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 21:11

Brüssel Ermənistanla yeni razılaşma imzalamağa hazırlaşır


Peter Switalski , 8 May, 2017, Yerevan

“Brüssel Ermənistanla yeni razılaşma imzalamağa hazırlaşır”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu sentyabrın 7-də Brüsseldən dönmüş Avropa Birliyinin Yerevandakı nümayəndə heyətinin rəhbəri, Petr Svitaliski deyib.

Onun sözlərinə görə, sənədi imzalamaq üçün “hazırda orda kağız və mürəkkəb” hazırlanır.

Noyabrın 24-də Brüsseldə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” sammiti başlanır.

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini (CEPA) Ermənistan və Avropa Birliyi bu ilin martında Yeravanda tamamlayıblar.

Bu razılaşma Assosiaya Sazişinə bir qədər az ambissiyalı alternativ sənəddir.

2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin Yerevana səfərindən sonra Ermənistan prezidenti Serzh Sarkisian gözlənilmədən razılaşmanı pozdu və

2015-ci ildə Ermənistan Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşuldu.

Bundan sonra Avropa Birliyi ilə Ermənistan başqa formatda əməkdaşlıq etmək razılığına gəldirlər.

Avrasiya iqtisadi birliyinə Rusiya, Belarus,Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG